Təhsil Nazirliyində Azərbaycan Prezidentinin
Sərəncamı ilə
bağlı mətbuat konfransı
Yanvarın
17-də Təhsil Nazirliyində Prezident İlham Əliyevin
“Dövlət ümumi təhsil müəssisələrində
çalışan, bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin
dərs yükünün və əməkhaqqının
artırılması haqqında” Sərəncamı ilə
bağlı mətbuat konfransı keçirilib.
Nazirlikdən
AzərTAc-a bildiriblər ki, konfransda bu qurumun struktur bölmələrinin
rəhbərləri, təhsil ekspertləri, KİV nümayəndələri
iştirak ediblər.
Təhsil
naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin dərs
yükü normasının 1,5 dəfə, əməkhaqqının
2 dəfə artırılması barədə Sərəncamını
müəllim peşəsinə diqqətin ən parlaq
nümunəsi adlandırıb. Nazir bildirib ki, dövlət
başçısı növbəti dəfə böyük
siyasi iradə göstərərək insan kapitalının
inkişafına yönəlmiş cəsarətli və
uzaqgörən addım atıb. Əhalinin aztəminatlı
kateqoriyasına aid olan müəllimlərin maddi güzəranının
yaxşılaşdırılması məqsədi ilə
verilən qərar dünyada cərəyan edən proseslər
nəticəsində yaranmış əlverişsiz şəraitdə
belə Azərbaycan Respublikası Prezidentinin sadə insanların
rifahı haqqında düşündüyünü və əsas
vəzifəsini xalqına şərəflə xidmət etməkdə
gördüyünü bir daha təsdiq edir.
Nazir
vurğulayıb ki, dərs yükü normasının, həmçinin
əməkhaqqının artırılması müəllimlərin
aylıq gəlirinə əhəmiyyətli dərəcədə
təsir edəcək: “Azərbaycanda müəllimlərin gəlirlərinin
azlığının səbəbi yalnız 1 saat əməyə
görə ödənilən məbləğin
aşağı olması deyil, həmçinin müəllimlərin
iş saatının az olmasıdır. Müəllimlərimizin
64 faizi il ərzində 408 saatdan az dərs deyir. Bu isə o deməkdir
ki, onların həftəlik dərs yükü 17 akademik
saatdan azdır”.
M.Cabbarov
tezliklə bölgələrdə sınaq qiymətləndirilməsinin
aparılacağını və bunun nəticəsində həmin
bölgələrdə yaşayan müəllimlərin də
əməkhaqqının artacağını deyib. Bu işin
sistemli şəkildə mərhələlərlə həyata
keçiriləcəyini diqqətə çatdıran nazir
sınaq qiymətləndirilməsinin müəllimlərin
özləri üçün də faydalı olduğunu
vurğulayıb. Nazir xatırladıb ki, paytaxtda aparılan
sınaq qiymətləndirilməsinin nəticəsi olaraq bu
prosesdə iştirak etmiş müəllimlərin orta dərs
yükü 18 saatadək artırılıb.
Konfransda
təhsil ekspertləri dövlət
başçısının Sərəncamını yüksək
qiymətləndirərək bu addımın təhsilin keyfiyyətinin
yüksəldilməsinə əhəmiyyətli dərəcədə
təsir edəcəyini bildiriblər.
Sonda təhsil
naziri jurnalistlərin suallarını cavablandırıb.
Azərbaycan.-2015.-
18 yanvar.-
S.6.