“Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə” 2014-cü il iyulun 3-də Bakı şəhərində imzalanmış Kredit Sazişi təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 30 dekabr 2014-cü il

Azərbaycan.-2015.- 20 yanvar.- S.1.