Azərbaycan Respublikası Prezidentinin
və Bolqarıstan Respublikası Prezidentinin
Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin 2014-cü il sentyabrın 19-da Bakı şəhərində imzalanmış Birgə Bəyannaməsi təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2014-cü il
Azərbaycan.-2015.- 20 yanvar.- S.1.