Azərbaycan Respublikası Dövlət Neft Fondunun
2015-ci il büdcəsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci
il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə
edilməsini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan
Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin
gəlirləri 10 246 611,9 min manat, xərcləri isə 11 813 909,2 min manat
məbləğində təsdiq
edilsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət
Neft Fondunun
2015-ci il büdcəsinin
gəlirləri aşağıdakı
daxilolmalar hesabına formalaşır:
Sıra
¹-si Gəlir mənbələri
Gəlirlərin
məbləği
(min manat)
2.1.
Azərbaycan Respublikasının payına
düşən
karbohidrogenlərin satışından
əldə edilən xalis gəlirlər
(karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər,
bank,
gömrük rəsmiləşdirilməsi,
müstəqil nəzarət
(sörveyer),
marketinq və sığorta xərcləri
çıxılmaq şərti
ilə, habelə
Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin sərmayəçiləri,
payçısı və ya tərəfdaşı olduğu layihələrdə
onun sərmayəsinə
və ya iştirak payına düşən gəlirlər
istisna olmaqla)
9 741 175,6
2.2.
Karbohidrogen ehtiyatlarının işlənməsi
ilə əlaqədar
sərmayəçilər tərəfindən
müqavilə sahəsindən
istifadə üçün
ödənilən akrhesabı
1 568,4
2.3. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi
ilə 9 410,4 ötürülməsindən əldə
edilən gəlirlər
2.4.
Dövlət Neft Fondunun valyuta aktivlərinin
yerləşdirilməsindən və idarə olunmasından əldə edilən
gəlirlər
494 357,5
2.5. Qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar 100,0
Cəmi
10 246 611,9
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət
Neft Fondunun
2015-ci il büdcəsinin
xərcləri aşağıdakı
məqsədlərə yönəldilir:
Sıra
¹-si Xərc istiqamətləri
Xərclərin
məbləği
(min manat)
3.1.
Qaçqınların və məcburi köçkünlərin
sosial-məişət və
məskunlaşma məsələləri
ilə bağlı bəzi tədbirlərin
maliyyələşdirilməsi
150 000,0
3.2.
Azərbaycan Respublikasının 2015-ci il dövlət
büdcəsinə
transfert 10 388 000,0
3.3.
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması
layihəsinin maliyyələşdirilməsi
90 000,0
3.4.
Bakı-Tbilisi-Qars yeni dəmir
yolu layihəsinin
maliyyələşdirilməsi
111 487,0
3.5.
2007-2015-ci
illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramının maliyyələşdirilməsi
44 088,0
3.6.
Cənub
Qaz Dəhlizi layihələrində Azərbaycan
Respublikasının
iştirak payının
maliyyələşdirilməsi
997 016,2
3.7.
Azərbaycan Respublikası Dövlət
Neft Fondunun idarə
edilməsi ilə bağlı xərclər
33 318,0
Cəmi
11 813 909,24. “Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun vəsaitinin 2015-ci ildə
istifadəsinin əsas
istiqamətləri (proqramı)”
təsdiq edilsin (əlavə olunur).
5. “Azərbaycan Respublikasının
Dövlət Neft Fondunun 2015-ci ildə idarə
edilməsi ilə bağlı xərclər
smetası” təsdiq edilsin (əlavə olunur).
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 19 yanvar
2015-ci il.
Əlavə 1
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 19 yanvar
tarixli Fərmanı
ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Dövlət
Neft Fondunun vəsaitinin
2015-ci ildə istifadəsinin əsas istiqamətləri
(proqramı)
1. Azərbaycan Respublikası
Dövlət Neft Fondunun
vəsaitinin xərc
istiqamətləri
1.1. Qaçqınların və
məcburi köçkünlərin
sosial-məişət və
məskunlaşma
məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;
1.2. Azərbaycan Respublikasının
2015-ci il dövlət büdcəsinə
transfert;
1.3. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin
maliyyələşdirilməsi;
1.4. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;
1.5.
2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramının maliyyələşdirilməsi;
1.6. Cənub Qaz Dəhlizi layihələrində
Azərbaycan Respublikasının
iştirak
payının maliyyələşdirilməsi.
2. Azərbaycan Respublikası
Dövlət Neft Fondunun İnvestisiya siyasəti
2.1. Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun investisiya
siyasətinin
məqsədi
2015-ci ildə Neft Fondu əsas kapitalın itirilməsi riskinin aşağı olması şərti
ilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasətini
həyata keçirəcəkdir.
2.2. Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun investisiya portfeli
2.2.1.İnvestisiya portfelinin proqnozlaşdırılan həcmi
2015-ci il üzrə
Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan
məcmu dəyəri
(orta çəkili həcmi) 28,2 milyard manata bərabər götürülür.
İnvestisiya portfelinin məcmu
dəyəri Neft Fondunun büdcəsində
təsdiq edilmiş
xərclərin aparılması
üçün konvertasiya
edilərək manat hesablarına köçürülmüş
vəsait çıxıldıqdan
sonra qalan xarici valyutada ifadə olunan aktivlərin aylıq
olaraq yenidən qiymətləndirilməsi əsasında
müəyyən edilir.
2.2.2. İnvestisiya
portfelinin valyuta tərkibi
Neft Fondunun investisiya portfelinin baza valyutası ABŞ dolları
müəyyən
edilir. Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin:
50 faizi ABŞ dollarında ifadə
olunan aktivlərə;
35 faizi AVRO-da ifadə olunan aktivlərə;
5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə;
qalan 10 faizi isə Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 19
iyun
tarixli 511 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Dövlət
Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və
idarə edilməsi
haqqında Qaydalar"ın
2.2.1-ci yarımbəndində nəzərdə tutulmuş
valyutalarda
ifadə olunan aktivlərə yerləşdirilə
bilər.
2.2.3. İnvestisiya
portfelinin alt portfelləri
Neft Fondunun investisiya portfeli aşağıdakı
alt portfellərdən (bundan
sonra “portfel”) ibarətdir:
borc öhdəlikləri və pul bazarları alətləri portfeli – investisiya portfelinin məcmu
dəyərinin minimum 80 faizi;
səhm (pay) portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 10
faizi;
daşınmaz əmlak portfeli
- investisiya portfelinin məcmu dəyərinin maksimum
5 faizi;
qızıl portfeli
– investisiya portfelinin məcmu dəyərinin maksimum
5 faizi.
2.2.4.İnvestisiya portfelinin hədəf gəlirliliyi
2.2.4.1. Neft Fondunun borc
öhdəlikləri və
pul bazarları alətləri portfelinin
idarə edilməsinin
hədəf gəlirliliyi
(bençmark) kimi Britaniya Bankirlər
Assosiasiyası tərəfindən müvafiq
valyuta (AVRO istisna olmaqla) üzrə dərc
edilmiş 3 (üç)
aylıq LIBOR faiz dərəcəsi götürülür.
2.2.4.2. Neft Fondunun borc
öhdəlikləri və
pul bazarları alətləri portfelinin
AVRO-da ifadə olunan
aktivlərinin idarə
edilməsində hədəf
gəlirliliyi
(bençmark) kimi 3 (üç) aylıq EURİBOR faiz dərəcəsi götürülür.
2.2.4.3.
LİBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliliyi kimi
maliyyə bazarında
banklar arasında 3 aylıq kreditlər üzrə ən geniş yayılmış
faiz
dərəcələri istifadə
edilə bilər.
2.2.4.4. Səhm (pay) portfelinin hədəf gəlirliliyi
(bençmark) kimi MSCI
World
İndex-i götürülür.
2.3. Risklərin idarə olunması üzrə tələblər
2.3.1. Faiz dərəcəsi riski
Neft Fondunun borc öhdəlikləri
portfelinin faktiki ortaçəkili investisiya
müddəti (durasiyası)
dünya bazarlarındakı
cari vəziyyətdən
asılı olaraq Fond
tərəfindən müəyyən
edilir və 48 ayı üstələməməlidir.
2.3.2. Kredit riski
Neft Fondunun valyuta vəsaitinin yerləşdirildiyi
investisiya aktivlərinin
kredit reytinqi Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 19
iyul tarixli
511 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət
Neft
Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi
və idarə edilməsi
haqqında Qaydalar”a
uyğun olmalıdır.
Bir maliyyə qurumunun (depozitar
banklar istisna olmaqla) və ya bir investisiya
aktivinin investisiya portfelindəki
maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi
həddində müəyyən
edilir.
2.3.3. Likvidlik üzrə tələblər Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi
Fondun büdcə xərcləri üzrə
planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini
təmin etmək
üçün yetərli
səviyyədə olmalıdır.
Bu səviyyəni təmin
etmək
məqsədilə Neft Fondunun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan
hissəsi yüksək
likvidliyə malik qısamüddətli pul bazarları alətlərində
saxlanmalıdır. Bu vəsaitin
göstərilən məbləğdən
az olması
halı 7 iş günündən
çox davam etməməlidir.
2.3.4. Xarici menecerlər üzrə tələblər
2.3.4.1. Xarici menecerlərə idarəetməyə verilən
vəsaitin ümumi həcmi
investisiya portfelinin
məcmu dəyərinin
60 faizindən, bir xarici menecerə
idarəetməyə verilən
vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu
dəyərinin 5 faizindən
artıq olmamalıdır.
Neft Fondunun RAMP proqramı
çərçivəsində Dünya
Bankının xəzinədarlığına
idarəetməyə verilən
vəsaitlərinin
həcmi 500 milyon
ABŞ dollarından artıq
olmamalıdır.
2.3.4.2. Neft Fondunun vəsaitinin
idarə edilməsinə
cəlb edilən xarici
menecerlərin səlahiyyətləri
və idarəetməyə
verilmə müddəti
Neft Fondu ilə bu
menecerlər arasında
bağlanan sazişdə
əks etdirilməlidir.
Əlavə 2
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 19 yanvar
tarixli Fərmanı
ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Dövlət
Neft Fondunun
2015-ci ildə idarə edilməsi ilə bağlı xərclər
smetası
¹ Xərclər Kod Məbləğ
(manat)
1 ƏMƏYİN ÖDƏNİŞİ 210000 5,914,800
2 MALLARIN (işlərin və xidmətlərin) SATIN
ALINMASI 220000 3,724,600
3 QRANTLAR VƏ DİGƏR ÖDƏNİŞLƏR 260000 300,000
4 TƏQAÜDLƏR VƏ SOSİAL MÜAVİNƏTLƏR 270000 100,000
5 DİGƏR XƏRCLƏR 280000 7,289,000
5.1 İcarə və muzdlu xidmətlər 281400 200,000
5.2 Sair xərclər 282100 5,474,000
5.3 Bank xərcləri 282300 1,615,000
6 QEYRİ-MALİYYƏ AKTİVLƏRİNİN
ALINMASI 310000 15,989,600
6.1 Bina və tikililər 311100 10,000,000
6.2 Maşın və avadanlıqlar 311200 226,600
6.2 Qeyri-istehsal aktivləri 314400 5,763,000
XƏRCLƏRİN CƏMİ
33,318,000
Azərbaycan.-2015.- 20 yanvar.- S.1.