Qanlı yanvar hadisələrini
əks etdirən ilk bədii filmin təqdimatı olub
Yanvarın
19-da Nizami Kino Mərkəzində kinorejissor, ssenarist Vahid
Mustafayevin 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi
barədə çəkdiyi “Qanlı yanvar” filminin təqdimatı
olub.
AzərTAc xəbər verir ki, təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, filmin yaradıcı heyəti iştirak edib.
Azərbaycanın müstəqillik tarixinin qanlı və şanlı səhifəsinə çevrilmiş 1990-cı ilin 20 Yanvar hadisələri poetik düşüncəmizdə, teatr səhnəmizdə, bədii publisistikamızda öz əksini tapsa da, hələ də bədii ekran həyatını yaşamamışdı. Odur ki, xalqımızın milli azadlıq istəyindən dönmədiyini, bu yolda hətta canından belə keçməyə hazır olduğunu təcəssüm etdirən belə bir bədii filmin ekranlaşdırılması olduqca təqdirəlayiq hadisədir.
“Qanlı yanvar” filminin əsas süjet xəttini real hadisələr təşkil
edir. Ekran əsəri bir
neçə baş rol qəhrəmanının
timsalında xalqın
müstəqillik idealları
uğrunda mübarizəsini
canlandırır. 1990-cı
ilin yanvarında baş verən hadisələrin təsvir
olunduğu filmdə təcavüzkar ordunun Bakıya soxulması və qanlı qırğın törətməsini
əks etdirən dramatik səhnələr yer alıb.
Qanlı yanvar hadisələrinin iştirakçısı olan
rejissor Vahid Mustafayev filmdə real hadisələri canlandırmağa
və insanları bu gün də
düşündürən bir sıra suallara
cavab tapmağa çalışıb.
Müəllif toxunduğu mövzunun bəşəri mahiyyətini
realistcəsinə vermək
məqsədilə çəkilişlərə,
xüsusi olaraq, beynəlmiləl heyəti
cəlb edib. Onların
sırasında dünya
şöhrətli amerikalı
aktyor Lane Devies, türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə,
habelə İrandan dəvət olunmuş tanınmış kinooperator
Afşin Əlizadənin
başçılığı ilə çəkiliş
qrupu yer alıb. Həmin əcnəbi sənətkarlar yerli komanda ilə mükəmməl bir iş ortaya qoya bilib.
Filmdə belə bir beynəlmiləl
kollektivin iştirakı
sözsüz ki, ekran əsərini Azərbaycan çərçivəsindən
çıxarıb, beynəlxalq
səviyyəyə qaldırır.
Film “Bakı film”, ANS Şirkətlər
Qrupu və Çingiz Mustafayev Fondunun vəsaiti hesabına çəkilib.
Ekran əsərinin çəkilişlərinə
dövlət tərəfindən
də böyük dəstək verilib.
Daha sonra təqimat mərasimində
iştirak edən yaradıcı heyət səhnəyə dəvət
olunub. İştirakçılara minnətdarlığını
bildirən ekran əsərinin rejissoru Vahid Mustafayev deyib ki, 63 günə
çəkilən bu
ekran əsəri böyük zəhmətin
bəhrəsidir. “Qanlı yanvar” filmi bir çox
ölkələrdə nümayiş
olunacaq, Azərbaycanı
nüfuzlu beynəlxalq
film festivallarında təmsil
edəcək.
Türkiyəli aktrisa Nəbahət Çehrə bildirib ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Sevincimiz də,
kədərimiz də
birdir. Bu səbəbdən filmdə
təsvir olunan hadisələri qəlbən
yaşadım. Ekran əsərində
iki övladını
itirən ana rolunu canlandırmışam.
Azərbaycanın müstəqilik tarixində
mühüm hadisələrdən
birini əks etdirən filmdə rol aldığıma görə rejissora təşəkkür edirəm.
Filmdə xarici jurnalist obrazını canlandıran
Lane Devies, söyləyib
ki, 20 Yanvar hadisəsi barədə ətraflı məlumat aldıqdan sonra çox təsirlənib. “Azadlıq və müstəqillik həmişə
böyük mücadilə
bahasına əldə
olunur. İnanıram ki, bu film ən yaxşı tarixi ekran əsərlərindən
biri olacaq”- deyə amerikalı aktyor vurğulayıb.
Qeyd edək
ki, tamaşaçılar
“Qanlı yanvar” filmini yanvarın 20-dən
etibarən ölkə
kinoteatrlarında izləyə
biləcəklər.
Azərbaycan.-2015.-
20 yanvar.-
S.2.