Azərbaycan Prezidenti İlham Əliyevin
Monako Şahzadəsi II Albert
ilə görüşü
Yanvarın
22-də Davosda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Monako Şahzadəsi II Albert ilə
görüşü olub.
Görüşdə
Azərbaycan ilə Monako arasında iqtisadi əməkdaşlığın
perspektivləri müzakirə olundu, mədəniyyət sahəsində
əlaqələrin səviyyəsindən məmnunluq ifadə
edildi.
Söhbət
zamanı birinci Avropa Oyunlarına hazırlıq məsələlərinə
və beynəlxalq səviyyədə sərgilərin təşkili
sahəsində əməkdaşlığa dair fikir
mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2015.- 24 yanvar.- S.3.