Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin əziz
xatirəsini yad edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də
- Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin
xatirəsini yad edib.
Qanlı
Yanvar hadisələrindən
25 il keçir.
1990-cı il yanvarın 20-si Azərbaycanın
müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın
qəhrəmanlıq səhifəsi
kimi daxil olub, milli müstəqillik,
azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.
Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz
qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə,
haqq səsini daha ucadan bəyan
etmişdi. Düz
25 il əvvəl
doğma yurdunun, xalqının azadlığını,
şərəf və
ləyaqətini hər
şeydən uca tutan vətənpərvər
Azərbaycan övladları
həmin müdhiş
gecədə canlarından
keçərək şəhidlik
zirvəsinə ucaldılar.
Sovet qoşunlarının Azərbaycanda
törətdiyi qanlı
qırğından uzun
illər keçməsinə
baxmayaraq, xalqımız
o dəhşətli günlərin
ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının
o vaxtkı rəhbərlərinə
və onların Azərbaycandakı nökərlərinə
dərin nifrətini bildirir.
SSRİ rəhbərliyinin Azərbaycana
qarşı qərəzli,
ermənipərəst siyasətinə,
əzəli torpaqlarımıza
iddia edən Ermənistanın təcavüzkar
siyasətinin açıq-aşkar
dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin
xəyanətkar mövqeyinə
etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə
qarşı sovet ordusunun iri hərbi
birləşmələrinin yeridilməsi Azərbaycanda,
xüsusilə Bakıda
misli görünməmiş
faciəyə gətirib
çıxardı, böyük
itkilərlə, günahsız
insanların ölümü
ilə nəticələndi.
Buna baxmayaraq, Azərbaycanın o vaxtkı
səriştəsiz, kölə
psixologiyalı rəhbərlərinin
yenə də xalqla bir olmağa
cəsarəti çatmadı
və onlar sovet rəhbərliyinin ətəyindən tutmaqda
davam etdilər.
Onlardan fərqli olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını
təhlükədə qoyaraq,
faciənin ertəsi günü Azərbaycanın
daimi nümayəndəliyinə
gələrək, Qanlı
Yanvar qırğınını
törədənləri pisləyən
kəskin bəyanatla çıxış etdi,
xalqımızın başına
gətirilən müsibəti
dünyaya çatdırdı.
Bununla da Ulu Öndər
cəsarətini, mərdliyini,
xalqının sədaqətli
oğlu olduğunu bir daha sübut
etdi.
Əlbəttə, ermənilərin fitvası
ilə törədilmiş
bu cinayət Azərbaycan xalqının
iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə
- azadlıq və müstəqilliyinə qovuşdu
və bu nailiyyəti heç vaxt əlindən verməyəcəkdir.
Keçmiş sovet hərb maşınının Azərbaycanda
törətdiyi qanlı
qırğın mahiyyətinə
görə dövlətin
öz vətəndaşlarına
qarşı tarixdə
misli görünməmiş
təcavüzü, qətliamı
idi. Keçmiş SSRİ və Azərbaycan
SSR konstitusiyalarının kobudcasına
pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş
SSRİ dövləti dinc
əhalinin üstünə
qoşun yeritməklə
BMT Nizamnaməsinə, beynəlxalq
hüquq normalarına
məhəl qoymamış,
iştirakçısı olduğu
Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını
pozmuşdu.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə
yenidən qayıdışından
sonra, 1994-cü ildə
20 Yanvar hadisələrinə
siyasi-hüquqi qiymət
verildi və cinayəti törədənlərin
adları ictimaiyyətə
çatdırıldı. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.
Azərbaycan xalqı hər
il 20 Yanvar
faciəsi qurbanlarının
xatirəsini dərin ehtiramla yad edir.
X X X
Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına
gəldi.
Prezident İlham Əliyev “Əbədi məşəl”
abidəsi önünə
əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət himni səsləndi.
X X X
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etməyə gəlmişdilər.
X X X
Şəhidlər xiyabanının ziyarət
olunması mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay
Əsədov iştirak edirdilər.
Azərbaycan.-2015.- 22 yanvar.- S.1.