Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın xarici
işlər üzrə federal naziri
ilə görüşü olub
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri
Yanvarın
20-də Berlində Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Almaniya Federativ Respublikasının xarici
işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer ilə
görüşü olub.
Almaniyanın
xarici işlər üzrə federal naziri Frank-Valter
Ştaynmayer Azərbaycana son səfəri zamanı
keçirdiyi səmərəli görüşləri
xatırlatdı, həmin səfərin məhsuldar olduğunu
bildirdi.
Söhbət
zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli
münasibətlərin hazırkı vəziyyəti və
perspektivləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə dair fikir mübadiləsi
aparıldı.
AzərTAc
Azərbaycan.-2015.- 22 yanvar.- S.2.