Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Kansleri
Angela Merkelin mətbuat
konfransı
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Almaniyaya
işgüzar səfəri
Yanvarın
21-də Berlində Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Almaniya Federativ Respublikasının
Kansleri Angela Merkelin mətbuat konfransı olub.
Kansler
Angela Merkel və Prezident İlham Əliyev əvvəlcə bəyanatlarla
çıxış etdilər.
Kansler Angela Merkelin
bəyanatı
- Mən
şadam ki, bu gün Azərbaycan dövlətinin
başçısı İlham Əliyev yenidən Berlindədir.
Bizim sonuncu görüşümüz 5 il bundan əvvəl
olub. Nəzərə alsaq ki, Azərbaycanın iqtisadiyyatı
dinamik şəkildə inkişaf edir, buna görə bu
ölkə bizim üçün əhəmiyyəti artan tərəfdaşdır.
Azərbaycan böyük potensiala, əsasən də neft və
qaz kimi resurslara malikdir. Düşünürəm ki, Azərbaycan
həm Almaniya, həm də digər Avropa ölkələrinin
enerji şaxələndirilməsinə böyük töhfə
verə bilər. Bu mənada “Cənub” qaz dəhlizi layihəsini
dəstəkləyirik.
Biz
Azərbaycan Prezidenti ilə müxtəlif mövzular ətrafında
fikir mübadiləsi apardıq. Xüsusən də Azərbaycanda
insan hüquqlarının vəziyyəti, həmçinin
regionda baş verən geosiyasi vəziyyət haqqında
danışdıq. Biz Dağlıq Qarabağ münaqişəsi
barədə də fikir mübadiləsi apardıq. Almaniya da
münaqişənin həllində vasitəçi olmaq istəyir.
Düşünürük ki, Avropa Şurası, Avropa
İttifaqı bu istiqamətdə bir təşəbbüslə
çıxış edərək, münaqişənin həllinə
müəyyən töhfəsini verə bilər. Bununla
bağlı Azərbaycan Avropa Komissiyası ilə
danışıqlar aparacaq. Ukrayna və Rusiya arasındakı
münaqişə ilə əlaqədar da müzakirələrimiz
oldu. Eyni zamanda, Azərbaycanın “Şərq tərəfdaşlığı”
Proqramında iştirakı ilə bağlı
danışdıq. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığını
davam etdirməkdədir və “Şərq tərəfdaşlığı”
Proqramına üzv olmaqla, bu layihəyə töhfəsini verəcək.
Eyni
zamanda, biz Dağlıq Qarabağ münaqişəsini də
müzakirə etdik. Bu münaqişə yaxşı olar ki,
sülh yolu ilə aradan qaldırılsın. Bu mənada hər
iki dövlət səylərini göstərməlidir və
düşünürəm ki, Sizin səfəriniz, bu mənada
töhfəsini verəcək. Həmçinin Azərbaycan bir
tərəfdaş kimi Almaniya və Avropanın enerji təchizatında
böyük rol oynayır. Mən Almaniyaya səfər etdiyinizə
görə şadam və Sizə təşəkkür edirəm.
Azərbaycan.-2015.- 22 yanvar.- S.2.