Azərbaycan Prezidenti
İlham Əliyevin və Almaniyanın
Kansleri Angela Merkelin mətbuat konfransı
Azərbaycan Respublikasının
Prezidenti İlham
Əliyevin Almaniyaya işgüzar səfəri
Sonra
jurnalistlərin sualları cavablandırıldı.
SUAL (AzərTAc-ın Almaniya üzrə xüsusi müxbiri Vüqar Seyidov): Sualım xanım Merkelədir. Xanım Merkel, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 20 ildən artıqdır ki, davam edir. Cənab Prezident qeyd etdiyi kimi, Azərbaycanın işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə, eləcə də digər mühüm beynəlxalq təşkilatlar tərəfindən müvafiq qərarlar qəbul edilib. Lakin Ermənistan bu günədək bu qətnamə və qərarlara məhəl qoymayaraq Azərbaycan torpaqlarının işğalını davam etdirir. Dünyada belə hallarda ölkələrə qarşı sanksiyalar tətbiq edilir. Amma Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmayıb. Bu, ikili standartların təzahürü deyilmi?
Kansler Angela MERKEL: Biz Dağlıq Qarabağ mövzusu haqqında danışdıq. Mən bunu qeyd etdim. Bildiyiniz kimi, biz ATƏT-in Minsk qrupunun üzvüyük. Fransa, Rusiya və Amerika onun həmsədrləridir və biz bu kontekstdə aparılan danışıqları dəstəkləyirik. Biz görürük ki, cənab Prezident Əliyev ermənistanlı həmkarı ilə görüşür, söhbətlər və danışıqlar aparır. Düşünürük ki, bu münaqişə ilə əlaqədar yalnız bir yol var - sülh yolu. Təbii ki, atəşkəsin tez-tez pozulması xoşagəlməz haldır. Mən düşünürəm ki, Rusiya bu məqamda müəyyən rol oynayır. Mən sadəcə olaraq bunu qeyd etmək istərdim. Düşünürəm ki, Rusiya və Ermənistan bu münaqişə ilə əlaqədar müəyyən amilləri birgə həyata keçirirlər.
SUAL: Xanım Kansler, Siz Ukrayna münaqişəsini də qeyd etdiniz, xarici işlər nazirlərinin bu gün burada görüşləri keçiriləcək. Sizcə, xarici işlər nazirləri səviyyəsində bu görüş hansı nəticəyə gətirəcək? Poroşenko, Olland və Putin bir araya gələcəklərmi? Siz bu görüşdən nə gözləyirsiniz? Sizcə, Ukraynanın ərazi bütövlüyü yenidən bərpa olunacaqmı? Xanım Kansler, Siz mətbuat azadlığı ilə əlaqədar nə edə bilərsiniz?
Kansler
Angela MERKEL: Təbii ki,
siyasi durum çox çətindir. Mən şadam ki,
hər dörd xarici işlər naziri bu gün
görüşür. Yaxşı olardı ki, Astanada dörd ölkənin nümayəndələrinin
toplantısı, yəni,
baş toplantısı
reallaşsın və
prezidentlər görüşsün.
Təbii,
xoşagəlməz haldır
ki, bu, heç
bir müsbət nəticə verməsin.
Mən əminliklə heç nə deyə bilmərəm ki, xarici işlər nazirlərinin bu görüşü hansı
nəticəyə gətirəcək.
Bizdə
olan məlumata görə, atəşkəs
mütəmadi şəkildə
pozulur və Minsk sazişinə riayət olunmur. Minsk sazişi,
əlbəttə, danışıqların
aparılması üçün
əsas təşkil edir. Rusiya da təbii ki, Minsk sazişinin qaydalarına riayət etsə, yaxşı olar.
SUAL: Sizcə, Ukraynanın ərazi bütövlüyü
yenidən bərpa edilə bilər, ya yox? İkinci
sual, Sizcə Azərbaycanda mətbuat azadlığı yenidən
necə bərpa edilə bilər ki, Sizin
reytinqiniz yaxşı
olsun?
Prezident
İlham ƏLİYEV: Mənim
reytinqimdə heç
bir problem yoxdur. Azərbaycanda keçirilən sorğulara görə mənim reytinqim 90 faizə yaxındır.
Bu da yəqin
ki, son illər ərzində Azərbaycanda
aparılan islahatlarla bağlıdır. Deyə
bilərəm ki, Azərbaycan son 11 il ərzində iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf
edən ölkəsidir.
İqtisadiyyat 3 dəfədən çox artmışdır,
işsizlik 5 faiz səviyyəsindədir, yoxsulluq
da 5 faiz səviyyəsindədir. Davos Ümumdünya
İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını
rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Belə nəticələrlə, əlbəttə
ki, hər bir rəhbərin reytinqi yüksək olmalıdır. Ona görə
Azərbaycanda bu problem
yoxdur.
O ki qaldı azadlıqlarla
bağlı suala, deyə bilərəm ki, Azərbaycanda bütün azadlıqlar təmin edilir. Söz azadlığı 100 faiz təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqan çıxır. Eyni zamanda,
Azərbaycanda internetə
heç bir məhdudiyyət qoyulmur, internet
azaddır, senzura yoxdur. Azərbaycanda internet istifadəçilərinin
sayı 75 faizə yaxındır. Yəni, heç
bir problem yoxdur. Ona görə mətbuat azadlığı tam şəkildə
təmin edilir.
Eyni mənzərə
sərbəst toplaşmaq
azadlığına da
şamil edilə bilər. Azərbaycanda müxtəlif siyasi
qrupların mütəmadi
qaydada, azad şəkildə mitinqləri
keçirilir, heç
bir məhdudiyyət qoyulmur. Bütövlükdə, son illərdə Azərbaycanda demokratiyanın
inkişafı ilə
bağlı böyük
inkişaf var. Əlbəttə
ki, bu, bizim
üçün çox
vacibdir. Çünki mən tam əminəm ki, siyasi islahatlar
iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır. Ancaq
bu təqdirdə ölkələr dayanıqlı
uğura nail ola
bilərlər.
O ki qaldı ərazi
bütövlüyü məsələsinin
həllinə, biz bütün
ölkələrin ərazi
bütövlüyünü tanıyırıq. Əlbəttə, biz istəyirik ki, bütün ölkələr
Azərbaycanın ərazi
bütövlüyünü tanısın. Çünki Azərbaycanın ərazi
bütövlüyü 20 ildən
çoxdur ki, Ermənistan tərəfindən
pozulubdur. Biz Ukraynanın ərazi bütövlüyü ilə
bağlı BMT-nin Baş Məclisində aparılan səsvermədə
də Ukraynanın ərazi bütövlüyünü
açıq şəkildə
dəstəkləmişik. Hesab edirik ki, bu,
beynəlxalq hüququn
əsas prinsipidir.
Ərazi
bütövlüyü ölkələrin
razılığı olmadan
dəyişdirilə bilməz.
Əgər bu, pozulursa əlbəttə ki, bu, bərpa olunmalıdır.
SUAL
(“Trend” İnformasiya Agentliyinin
müxbiri Sevil Mikayılova): Sualım xanım Merkelədir. Azərbaycan-Almaniya əlaqələrinin zəngin tarixi var. İkitərəfli münasibətlərimiz
bu gün müxtəlif sahələrdə
uğurla inkişaf edir. Almaniyanın dünya iqtisadiyyatındakı
aparıcı rolunu və eləcə də Azərbaycanın Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olmasını nəzərə alsaq, əlaqələrimizin daha
da genişləndirilməsinin
perspektivləri barədə
nə deyərdiniz və bu əlaqələri
regional əməkdaşlığın möhkəmləndirilməsi baxımından
necə dəyərləndirirsiniz?
Kansler
Angela MERKEL: Mən düşünürəm
ki, iqtisadi münasibətlərin inkişaf
etdirilməsi, dərinləşdirilməsi
üçün bizim
potensialımız vardır.
Azərbaycanla 2,5 milyard avro həcmində
ticarət mübadiləsi
mövcuddur. Amma düşünürəm ki, Azərbaycanda infrastrukturun yenidən bərpa olunması ilə əlaqədar biz əməkdaşlıq edə
bilərik. Eyni zamanda,
Azərbaycanda iqtisadiyyatın
şaxələndirilməsi ilə əlaqədar müəyyən töhfəmizi
verə bilərik.
Həmçinin alman şirkətləri
təbii ki, hüquqi təhlükəsizliyi
gözləyirlər. Cənab Prezident Əliyev, eyni zamanda, burada
alman iqtisadiyyatının
nümayəndələri ilə
görüşmüş, bu haqda da
söhbət aparmışdır.
Mən düşünürəm ki,
Azərbaycanda növbəti
investisiyaların yatırılması
üçün şans
və potensial mövcuddur.
SUAL: Xanım Kansler, Siz qeyd etdiniz
ki, insan hüquqları ölkələr
arasında ikitərəfli
münasibətlərin inkişafı
üçün böyük
rol oynayır. Cənab Prezident, Siz dediniz ki,
ölkənizdə bununla
əlaqədar problem yoxdur.
Amma düşünürəm ki,
insan hüquqlarının
pozulması əməkdaşlığı,
belə deyək ki, nə dərəcədə
qeyri-müsbət istiqamətə
aparır. Eyni zamanda,
hansısa bir mətbuat nümayəndəsinin
tutulması ilə əlaqədar məlumat da verilmişdir.
Kansler
Angela MERKEL: Azərbaycanla və
digər ölkələrlə
ikitərəfli münasibətləri,
siyasi, iqtisadi əlaqələri inkişaf
etdirmək bizim üçün böyük
əhəmiyyətə malikdir
və təbii ki, bu, sivil
cəmiyyətin dəyərlərinin
qorunmasının əsasını
təşkil edir. Demokratiya, hüquqi dövlətçilik
vacib amillərdən biridir. Biz bu
haqda da fikir mübadiləsi apardıq. İnsan hüquqlarının həyata
keçirilməsi ilə
əlaqədar müəyyən
tənqidi məqamlar da təbii ki,
qeyd olunur və düşünürəm,
biz Azərbaycan Prezidenti
ilə eyni fikirdəyik ki, əməkdaşlığımızı intensivləşdirək, Alman
Akademik Mübadilə
Xidməti, GTZ, KfW ilə və digər təşkilatlarla
əlaqələrimizi daha
da sıxlaşdıraq.
Düzdür, müəyyən məsələlərlə əlaqədar
fikir müxtəlifliyi
də mövcuddur və bu, normal haldır.
İkinci sualla, yəni, Avropa Mərkəzi Bankı və bankların qiymətli kağızlarının alınması
ilə əlaqədar
qeyd etmək istəyirəm ki, Mərkəzi Bank müstəqil
bir qurumdur və Frankfurtda da bununla əlaqədar
Yeni il tədbiri
çərçivəsində bu haqda söhbət
aparılmışdı. Bu
sahədə siyasi islahatların aparılması
Avropa ölkələri
üçün vacib
bir amildir. Düşünürəm ki, biz Avropa
ölkələri ilə
bu haqda, yəni, Mərkəzi Bankla əlaqədar hələ bir çox danışıqlar
və islahatlar aparacağıq.
SUAL: Cənab Prezident, insan hüquqları məsələsi ilə əlaqədar xanım Kansler Sizinlə söhbət etmişdir. Bilmək istərdim, Sizin bu
məsələ ilə
əlaqədar fikriniz
necədir? Yəni, Siz hakimiyyəti
tənqid edən mətbuat üzvləri ilə əməkdaşlığa
hazırsınızmı, açıqsınızmı?
Prezident İlham ƏLİYEV: Əlbəttə, şübhəsiz. Çünki Azərbaycan artıq 2001-ci ildən Avropa Şurasının üzvüdür və Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri vaxtında, şərəflə yerinə yetirir. Azərbaycanda qanunvericilikdə Avropa standartlarına yaxın olmaq üçün çoxsaylı qanunlar qəbul edilmişdir, praktik həyatda biz bunu görürük. Bir daha demək istəyirəm ki, Azərbaycanda bütün insan hüquqları təmin edilir və beynəlxalq təşkilatlar çərçivəsində bu məsələlər müzakirə olunur. Mən xanım Kanslerə dedim ki, insan hüquqlarının qorunmasında heç bir ölkə özünü kamil hesab edə bilməz. Hər bir ölkədə problemlər var, o cümlədən Azərbaycanda. Əsas məsələ ondadır ki, bu problemlər öz həllini necə tapır və hökumətin niyyəti nədən ibarətdir. Azərbaycanda tənqidi fikrə görə, ümumiyyətlə, fikrə görə heç kim təqib olunmur, heç kim həbs edilmir. Bir daha demək istəyirəm ki, Azərbaycanda söz azadlığı tam şəkildə təmin olunur, yüzlərlə mətbu orqan var. Bir daha xatırlatmaq istəyirəm ki, sərbəst və azad internet olan bir ölkədə söz azadlığı boğula bilməz. Eyni zamanda, hesab edirəm, bizim böyük nailiyyətimiz ondan ibarətdir ki, Azərbaycanda dini azadlıqlar tam şəkildə təmin edilib. Azərbaycanda multikulturalizm dəyərləri çox yüksək səviyyədə qorunur və bu baxımdan Azərbaycanın təcrübəsi başqa ölkələrdə öyrənilir. Azərbaycanda bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar, heç bir qarşıdurma, anlaşılmazlıq yoxdur. Bir daha demək istəyirəm ki, biz bu yolu şüurlu şəkildə seçmişik. Biz ümumbəşəri dəyərlərə sadiqik, onları qoruyuruq. Əgər Azərbaycanda real vəziyyətə nəzər yetirsəniz görərsiniz ki, mənim sözlərimdə həqiqətdən başqa heç nə yoxdur. Əlbəttə, bu məsələlərin gələcək müzakirəsi də əminəm ki, bu sahədə görülən işlərə daha da böyük təkan verəcək, bu istiqamətdə əlavə addımlar atılacaq, islahatlar dərinləşdiriləcək. Bir daha qeyd etmək istəyirəm ki, siyasi islahatlar iqtisadi islahatlarla tamamlanır. Azərbaycanda müasir dövlət qurulur. Biz müstəqilliyimizin 24-cü ilini yaşayırıq. Hesab edirəm ki, bu illər ərzində Azərbaycan artıq özünü beynəlxalq arenada etibarlı və böyük hörmətə malik ölkə kimi təsdiqləyibdir.
AzərTAc
Azərbaycan.-2015.- 22 yanvar.- S.3.