Azərbaycan Prezidenti İlham Əliyev Davosda İran Prezidenti
Administrasiyasının rəhbəri
ilə görüşüb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də
Davosda İran İslam Respublikasının Prezidenti
Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian
ilə görüşüb.
Görüşdə
ölkələrimiz arasında ikitərəfli münasibətlərin
səviyyəsindən məmnunluq ifadə olundu. Ötən
il Davosda Azərbaycan və İran prezidentlərinin
görüşündən keçən müddətdə
ölkələrimiz arasında əlaqələrin
bütün sahələrdə uğurlu inkişafının
məmnunluq doğurduğu qeyd edildi. Son dövrdə dövlətlərimizin
başçılarının görüşlərində
ikitərəfli münasibətlərin inkişafına dair
aparılan səmərəli müzakirələrin bu gün
müsbət nəticələr verdiyi bildirildi. Eyni zamanda,
ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində
də fəal əməkdaşlıq etdiyi və bir-birini dəstəklədiyi
diqqətə çatdırıldı.
Söhbət
zamanı ikitərəfli əlaqələrin müxtəlif
sahələri, o cümlədən enerji,
qarşılıqlı sərmayə qoyuluşu, neft, turizm, səhiyyə
və digər sahələrdə əməkdaşlığın
inkişaf etdirilməsi ilə bağlı geniş fikir
mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2015.- 22 yanvar.- S.3.