Azərbaycan Prezidenti İlham
Əliyevin Avropa Komissiyasının
enerji birliyi üzrə vitse-prezidenti ilə görüşü
olub
Azərbaycan Prezidenti İlham
Əliyev İsveçrəyə
işgüzar səfəri
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin yanvarın 22-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç
ilə görüşü
olub.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Azərbaycanın Avropanın enerji təminatında artan rolunun önəmi vurğulandı, bu sahədə “Cənub” qaz dəhlizinin əhəmiyyəti qeyd edildi.
Söhbət zamanı gələn ay Bakıda keçiriləcək
“Cənub” qaz dəhlizinin nazirlər səviyyəsində birinci
məşvərət şurasına
dair məsələlər
müzakirə edildi, əməkdaşlığın hazırkı vəziyyəti
və perspektivləri
ilə bağlı fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2015.- 23 yanvar.- S.1.