Prezident İlham Əliyevin “Swiss Re Global Partnership” şirkətinin sədri ilə görüşü

 

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfəri

 

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Swiss Re Global Partnership” şirkətinin sədri Martin Parker ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Swiss Re Global Partnership” şirkəti arasında əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə olundu.

Prezident İlham Əliyev ilə ötənilki görüşdən keçən dövr ərzində şirkətin Azərbaycanın bir sıra dövlət qurumları - Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Ekologiya Təbii Sərvətlər nazirlikləri ilə görüşləri nəticəsində hazırlanmış, ölkəmizdə baş verə biləcək təbii fəlakətlərin qarşısının alınması ilə bağlı sığortanın təşkilinə dair Anlaşma Memorandumu ətrafında müzakirələr aparıldı.

Dövlətimizin başçısına bu istiqamətdə verdiyi dəstəyə görə təşəkkürünü bildirən Martin Parker bu sahədə işlərin davam etdiriləcəyinə əminliyini vurğuladı.

 

AzərTAc

Azərbaycan.-2015.- 23 yanvar.-  S.1.