Azərbaycan Prezidenti İlham Əliyev
Niderlandın “Damen Shipyards
Group” şirkətinin sədri ilə görüşüb
Azərbaycan Prezidenti
İlham Əliyev İsveçrəyə işgüzar
səfəri
Yanvarın 22-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Davosda Niderlandın “Damen Shipyards
Group” şirkətinin sədri
Kommer Damen ilə görüşüb.
Görüşdə “Damen Shipyards Group” şirkəti
ilə Azərbaycanın
müvafiq qurumları
arasında artıq səmərəli əməkdaşlığın
başlandığı vurğulandı.
Kommer Damen rəhbəri olduğu şirkətin Azərbaycanda
hərbi, mülki və xidməti gəmilərin istehsalına
maraq göstərdiyini
bildirdi.
Söhbət zamanı əməkdaşlığın
perspektivləri ətrafında
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2015.- 23 yanvar.- S.1.