Azərbaycan Prezidenti İlham
Əliyevin və İsveçrə Prezidenti
xanım Simonetta Sommaruqanın görüşü
Azərbaycan Prezidenti
İlham Əliyev İsveçrəyə işgüzar
səfəri
Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti
xanım Simonetta Sommaruqanın görüşü
olub.
Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. İqtisadi sahədə səmərəli əlaqələrin olduğu qeyd edildi və əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu diqqətə çatdırıldı. İsveçrə şirkətlərinin Azərbaycanda sərmayə qoyuluşu, enerji sahəsində əməkdaşlıq, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu ölkədəki fəaliyyətinin əhəmiyyəti vurğulandı.
Söhbət zamanı iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin
önəmi qeyd olundu, Azərbaycanın və İsveçrənin
həyata keçirəcəyi
birgə layihələrin
qarşılıqlı faydalı
olduğu bildirildi, mədəniyyət sahəsində
əməkdaşlıq məsələləri
müzakirə edildi.
Görüşdə ikitərəfli münasibətlərin
perspektivləri və
qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2015.- 23 yanvar.- S.1.