Azərbaycan Prezidenti İlham Əliyevin bp

 şirkətinin baş icraçı direktoru ilə görüşü

 

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfəri

 

 

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Böyük Britaniyanın bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

Görüşdə “Cənub” qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti və Azərbaycanın bu sahədə rolu yüksək dəyərləndirildi.

Söhbət zamanı bp ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.

 

AzərTAc

Azərbaycan.-2015.- 23 yanvar.-  S.2.