Almaniya Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

 

2014-cü ili uğurla başa vuransosial-iqtisadi inkişaf səviyyəsinə görə dünya dövlətləri arasında ön sıralarda qərarlaşan Azərbaycanın Cənubi Qafqazın lideri olması və bu statusu layiqincə daşıması beynəlxalq birliyinetiraf etdiyi reallıqdır. Bu ondan irəli gəlir ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun layiqli davamı olaraq ötən 11 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətli tərəqqisi, hərtərəfli yeniləşməsi və modernləşməsi müsbət dəyişikliklər kimi ölkəmizi dünyaya yeni formada təqdim etməyə imkan yaradıb.

Bu dəyişikliklər göstərir ki, Azərbaycanın hər bir istiqamət üzrə qazandığı nailiyyətlər çoxşaxəli və möhtəşəmdir. Digər tərəfdən Prezident İlham Əliyev ölkəmizin inkişafına və təhlükəsizliyinə nail olmaqla yanaşı, həm də dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirib. Çünki məhz belə uğurlar ölkəmizin dünya birliyində böyük nüfuz qazanmasına, aparıcı dövlətlərlə bir sırada dayanmasına, söz sahibi olmasına zəmin yaradıb, respublikamızın beynəlxalq rəydə artan imicə malik olmasını təmin edib. Prezident İlham Əliyevin bu günlərdə Almaniyaya etdiyi işgüzar səfər deyilənləri təsdiq edir.

Öncə onu qeyd edək ki, Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən birini Avratlantik məkana inteqrasiya təşkil edir. Avropa strukturları, o cümlədən Qərb dövlətləri ilə Azərbaycan arasında bərabərhüquqlu münasibətlər, müxtəlif sahələr üzrə əməkdaşlıq telləri mövcuddur. İndiyədək bu əlaqələr yüksələn xətlə inkişaf edib. Xüsusən Azərbaycanın mühüm karbohidrogen ehtiyatlara malik olması, neftin və qazın emalı və nəqli sahəsində mühüm layihələr həyata keçirməsi Avropada Azərbaycana olan marağı daha da artırıb. Bu, Almaniya ilə münasibətlərdə də özünü göstərir.

Prezident İlham Əliyevin Almaniyaya işgüzar rəsmi səfəri də göstərdi ki, ikitrəfli əlaqələr inkişaf edirAlmaniya Azərbaycana böyük maraq göstərir. Azərbaycan Prezidentinin Almaniyanın siyasi rəhbərliyi ilə keçirdiyi görüşlər təsdiq etdi ki, Azərbaycanın iqtisadi cəhətdən inkişaf etməsi, bölgədə və beynəlxalq aləmdə mövqelərini gücləndirməsi Almaniyada diqqətlə izlənilir. Prezident İlham Əliyevin Almaniya-Azərbaycan Forumunun üzvləri, Almaniya Bundestaqının Xristian DemokratlarXristian Sosialistlər, Sosial Demokratlar və Yaşıllar partiyalarından olan deputatları, Bundestaqda fəaliyyət göstərən komitələrin rəhbərləri və üzvləri ilə görüşündə iki ölkə arasında energetika sahəsində əməkdaşlıq, iqtisadi əlaqələr, informasiya texnologiyaları, tibb sahəsində əməkdaşlıq, yeni alman şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı da müzakirə olunub. Bundan əlavə, parlamentlərarası əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Şurası və Avropa İttifaqında əməkdaşlıq, “Şərq tərəfdaşlığı” Proqramında iştirakla bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və bu əlaqələrdə Azərbaycana münasibətin ədalətli olmasının zəruriliyi vurğulanıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə görüş iştirakçılarına ətraflı məlumat verərək münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini qeyd edib. Prezident İlham Əliyevin Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer ilə görüşündə də Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti ilə görüşən hər bir dövlət və hökumət başçısı, xarici ölkələrin parlament nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini, münasibətləri dərinləşdirməkdə maraqlı olduqlarını birmənalı şəkildə bəyan edir. Çünki hər biri Azərbaycanın etibarlı tərəfdaş olduğunu, dünyanı təhdid edən qlobal problemlərin həllinə böyük töhfələr verdiyini görür və qəbul edir. Bu baxımdan Almaniya Kansleri Angela Merkelin Prezident İlham Əliyevin səfərini ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün önəmli səfər kimi dəyərləndirməsi də təsadüfi deyil. Almaniyanın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə maraqlı olduğunu deyən Angela Merkel həmçinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində, ölkəmizdə infrastruktur layihələrinin icrasında Almaniya şirkətlərinin iştirak etmək istədiklərini diqqətə çatdırıb.

İkitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu səfərin əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını bildirib. Keçirilən mətbuat konfransında Prezident İlham Əliyev bu barədə deyib: “İkitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, müxtəlif sahələri əhatə edirbu gün biz bu məsələləri çox açıq, səmimi şəkildə müzakirə etdik. Siyasi əlaqələrimiz uğurla inkişaf edir. Əminəm ki, mənim səfərim siyasi əlaqələrimizin inkişafına yeni təkan verəcək. Siyasi əlaqələr bütün başqa sahələrə də müsbət təsir göstərir və əlbəttə, iqtisadi əməkdaşlıq da bu gün gündəlikdədir. Azərbaycanda çoxsaylı alman şirkətləri fəaliyyət göstərir. Biz onların fəaliyyətini dəstəkləyirik. Hesab edirəm ki, Almaniya şirkətləri gələcəkdə həm podratçı kontraktor, həm investor kimi Azərbaycanda daha da böyük işlər görə bilərlər”.

Beynəlxalq münasibətlərdə neft-qaz amili mühüm yer tutur. Bu baxımdan dünyada enerji təhlükəsizliyinin qlobal problemə çevrildiyi bir vaxtda Avropa İttifaqının üzvü olan Almaniya da müəyyən narahatçılıq keçirməyə bilməz. Dünyanın siyasi qütbləri arasında münasibətlərin indiki axarla davam etdiyineft-qaz amilinin siyasi münasibətlərə mühüm təsir göstərdiyi bir vaxtda isə enerji təhlükəsizliyi hər bir dövlət üçün böyük önəm kəsb edir. Elə Almaniyanın özünün milli maraqları çərçivəsindən çıxış edərək alternativ enerji mənbələrinə maraq göstərməsi başadüşüləndir. Təsadüfi deyil ki, ölkəmizin Avropanın enerji təminatının şaxələndirilməsində mühüm rol oynadığını bildirən Almaniya Kansleri mətbuata bəyanatında deyib: “Mən şadam ki, bu gün Azərbaycan dövlətinin başçısı İlham Əliyev yenidən Berlindədir. Bizim sonuncu görüşümüz 5 il bundan əvvəl olub. Nəzərə alsaq ki, Azərbaycanın iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, buna görə bu ölkə bizim üçün əhəmiyyəti artan tərəfdaşdır. Azərbaycan böyük potensiala, əsasən də neftqaz kimi resurslara malikdir. Düşünürəm ki, Azərbaycan həm Almaniya, həm də digər Avropa ölkələrinin enerji şaxələndirilməsinə böyük töhfə verə bilər. Bu mənada “Cənub” qaz dəhlizi layihəsini dəstəkləyirik”.

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri və keçirdiyi görüşlər təsdiq edir ki, siyasiiqtisadi münasibətlərin daha da dərinləşdirilməsi hər iki ölkənin maraqlarına uyğundur. Bu, Almaniya Kansleri tərəfindən xüsusilə vurğulandı. Təbii ki, Azərbaycan da öz növbəsində səmimiyyətə əsaslanan münasibətlərə və tərəfdaşlığa sadiqdir. Ölkəmiz bunu sözdə deyil, əməldə daim sübuta yetirib.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2015.- 23 yanvar.-  S.3.