Səhiyyə naziri
Saatlıda vətəndaşları qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə uyğun
olaraq bölgələrdə dövlət qurumlarının rəhbərləri
tərəfindən vətəndaşların qəbulu davam
etdirilir.
Şəhər
və rayonlarda vətəndaşların mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən
qəbulu cədvəlinə uyğun olaraq yanvarın 22-də
səhiyyə naziri Oqtay Şirəliyev Saatlı Mərkəzi
Rayon Xəstəxanasında vətəndaşları qəbul
edib.
Səhiyyə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata
görə, qəbulda nazir tərəfindən Saatlı,
İmişli, Beyləqan və Füzuli rayonları sakinlərinin
müraciətləri, şikayət və təklifləri
dinlənilib, lazımi tədbirlər görülüb.
Qəbula
gələn 40-a yaxın vətəndaşın müraciətində
qaldırılan məsələlər nazirliyin müvafiq
qurumlarının əməkdaşlarının
iştirakı ilə araşdırılıb, onların bəziləri
yerindəcə həllini tapıb. Xarici ölkələrdən,
xüsusilə İran İslam Respublikasından ağır
halda ölkəmizə dönən və yerli mütəxəssislərdən
yardım istəyən soydaşlarımızın müraciətləri
çoxluq təşkil edib. Digər müraciətlər
sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin
xarici ölkələrdə təkmilləşdirilməsi,
işlə təminat və s. məsələlərlə
bağlı olub.
Nazirliyin
səlahiyyətlərinə aid olmayan müraciətlər
aidiyyəti üzrə çatdırılmaq
üçün qeydiyyata alınaraq nəzarətə
götürülüb.
Azərbaycan.-2015.- 23 yanvar.- S.4.