Texniki tərəqqiyə yönələn innovativ layihələr

 

 

Ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının genişlənməsində və rəqabətqabiliyyətliyinin artmasında, sosial-iqtisadi inkişafının sürətlənməsində innovasiyaların, elmtutumlu məhsulların, qabaqcıl texnologiyaların hazırlanması və istehsalatda tətbiqi üçün elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin çox böyük rolu var. Son illər bu sahədə aparılan işlərin stimullaşdırılması, yeni kəşf olunmuş elmtutumlu məhsul və yüksək texnologiyaların istehsal səviyyəsinə çıxarılması üçün genişmiqyaslı islahatlar həyata keçirilir.

Qlobal problemləri və mövcud beynəlxalq mühiti nəzərə alsaq, AMEA-nın uzunmüddətli və davamlı strategiyası birbaşa fundamental və tətbiqi elmin real qiymətləndirilmiş mövcudperspektiv potensialına əsaslanır. Belə ki, iqtisadiyyatımızın bünövrəsi olan neft-qaz sektoruona xidmət edən sahələrlə yanaşı, təkrarolunmaz unikal coğrafi-iqlim şəraitimizi nəzərə alaraq aqrar sektor da elmimizin inkişafının prioritet istiqaməti kimi qəbul edilməlidir. Elm və texnologiyaların kommersiyalaşdırılması dövründə innovasiyaların və konkret innovativ layihələrin tətbiqi ön plana çıxır. Bu, öz növbəsində, elmin tədricən büdcə asılılığını azaldaraq onun ümumdaxili məhsulun formalaşmasında iştirakını artırmağa imkan verir.

İnnovativ inkişafın əsasını təşkil edən texniki tərəqqinin səviyyəsi hər bir ölkədə elmin, mədəniyyətin, səhiyyənin, həmçinin sosial təbəqələr arasında davamlı münasibətlərin vəziyyətindən asılıdır. Bu göstəricilər isə ölkənin iqtisadi inkişafı ilə birbaşa bağlıdır. İqtisadiyyatın innovativ inkişaf yoluna keçidinin əsas göstəricisi kimi innovasiyaların ayrı-ayrı sahibkarların deyil, milli iqtisadiyyatın tələbi kimi çıxış etməsidir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, innovasiyaiqtisadiyyatda yüksək texnologiyaların tətbiqi prosesinin yüksək dinamikasının təmin edilməsinin əsas yolu elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin multidissiplinar yanaşma əsasında və məqsədyönlü innovasiya proqramları daxilində təşkil olunmasıdır.

Son illər Azərbaycan elminin iqtisadi inkişafa töhfəsini artırmaq, elmlə istehsalatın, sənayenin və özəl sektorun əlaqələrini gücləndirmək məqsədilə AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatında İnnovasiya şöbəsi yaradılıb. Elmi İnnovasiyalar Mərkəzi ilə birgə yeni yaradılan şöbədə respublikamızda elmi-texniki yeniliklərin və innovativ layihələrin sənaye ilə əlaqələrinin gücləndirilməsi istiqamətində bir sıra uğurlu təcrübələr əldə edilib, əməkdaşlıq imkanlarının tapılması üzrə müvafiq tədbirlər həyata keçirilib. İnnovativ iqtisadiyyatın formalaşdırılması və inkişafı istiqamətində ölkə rəhbərinin qarşıya qoyduğu “Sənaye ilikimi dövlət əhəmiyyətli tədbirlərdə AMEA-nın iştirakının vacibliyini nəzərə alaraq şöbənin bir illik fəaliyyətini təhlil edərkən burada struktur islahatlar, beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq, tədqiqat-inkişaf tədbirləri, müxtəlif layihə və təşəbbüslərin idarə olunması kimi ümumi cəhətləri görmək olar.

2014-cü il İnnovasiya şöbəsi üçün ilk il olduğundan xüsusilə önəmli bir mərhələ idi. Ötən il ərzində müxtəlif təşəbbüs və layihələrə start verildi. AMEA-nın institut və təşkilatlarında innovasiya istiqamətində işlərin daha səmərəli və çevik idarə olunması üçün müxtəlif struktur dəyişiklikləri təklif edildi. Ölkədə layihələrin təşviqi və əlaqələndirilməsi üçün İnnovativ Layihələrin Ekspertizası və Koordinasiya Şurası təsis olundumüvafiq tədbirlər həyata keçirildi.

Milli innovasiya sisteminin gücləndirilməsi və AMEA-nın bu istiqamətdə töhfələrini artırmaq məqsədilə Elmi İnnovasiyalar Mərkəzi əməkdaşları tərəfindən “Azərbaycan Milli Elmlər Akademiyasının yanında Elmi İnnovasiyalar Fondunun yaradılması haqqında”, “Azərbaycan Milli Elmlər Akademiyası nəzdində “İnnovasiya Texnologiyaları Parkı” MMC-nin yaradılması haqqında” və “Azərbaycan Milli Elmlər Akademiyasının yanında Təcrübə-Sənaye Zavodunun əsasında AMEA “Sənaye Parkı” MMC-nin yaradılması haqqında” layihələr hazırlandı.

AMEA-nın Mərkəzi Kitabxana-İnformasiya Resursları Mərkəzinin yenidən qurulması və təhvil verilməsi istiqamətində həyata keçirilən tədbirlərdə İnnovasiya şöbəsi fəal iştirak etdi. Yeni yaradılan mərkəz ölkəmizdə elmi tədqiqatlar üçün əvəzolunmaz informasiya resurs bazası rolunu oynamaqla yanaşı, müxtəlif elm tədbirlərinə də ev sahibliyi etməkdədir. Mərkəzdə ötən ilin noyabr ayında “Bakı Elm Festivalı - 2014” və dekabrda isə “Sənaye ili” çərçivəsində digər müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə birgə “Birinci Respublika Əqli Mülkiyyət və İnnovasiya sərgisi” keçirildi, AMEA-nın Təcrübə-Sənaye Zavodunun müasir tələblərə cavab verən texnoparka çevrilməsi üçün yeni strategiyanın hazırlanması işləri davam etdirildi.

MDB məkanında ən uğurlu innovasiya layihələrindən olan Rusiya Elmlər Akademiyasının Çernoqolovka Elm Mərkəzi və Skolkovo Fondu (Rusiya Federasiyası), Macarıstan Milli İnnovasiya İdarəsi ilə AMEA arasında innovasiya üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün aparılan qarşılıqlı müzakirələr nəticəsində ötən ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Macarıstana səfəri çərçivəsində AMEA ilə Macarıstan Milli İnnovasiya İdarəsi arasında Anlaşma Memorandumu imzalandı. Həmçinin 2014-cü ildə İstanbul şəhərində keçirilən “İnnovativ Türkiyə: Yenilikçi Texnologiyalarİxtiralar” sərgisi çərçivəsində müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq imkanları müzakirə edildi.

AMEA-nın Elmi İnnovasiyalar Mərkəzində “Azərbaycan Respublikasında qabaqcıl texnologiyainnovasiya məlumat bazasının yaradılması və milli innovasiya sisteminin hazırlanmasına dair 2012-2015-ci illər üçün proqram”ın icrası ilə yanaşı, qabaqcıl texnologiyaların toplanması, ümumiləşdirilməsi, elmi təşkilatların innovasiya aktivliyinin qiymətləndirilməsi üzrə UNESCOAvropa Birliyi standartlarının öyrənilməsi, bu sahədə monitorinqlərin təşkili, elmi-texniki texnologiyaların nəticələrinin kommersiyalaşdırılması istiqamətində tədqiqatlar davam etdirilir.

Azərbaycanda innovasiya ekosisteminin problemlərinin öyrənilməsi və təkmilləşdirilməsi istiqamətində araşdırmalar çərçivəsində texnologiyainnovasiya üzrə tanınmış ekspert, Cenevrə Beynəlxalq Universitetinin professoru dr. Doğan Güvənin Azərbaycana səfəri çərçivəsində müxtəlif dövlət qurumları və sənaye müəssisələri ilə görüşlər keçirildi.

Elmin tanıdılması məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycanda ilk dəfə elm festivalının keçirilməsi təşəbbüsünü irəli sürənlərdən biriİnnovasiya şöbəsidir. “Bakı Elm Festivalı - 2014”-ün keçirilməsi üçün xarici təcrübə öyrənildi, əməkdaşlıq imkanlarını araşdıraraq ilkin hazırlıq işləri görüldü.

AMEA-nın elmi-tədqiqat institutlarında ən innovativ layihələr toplanaraq məlumat bazası hazırlandı. Bunun nəticəsində Elmi İnnovasiyalar Mərkəzinə 49 innovasiyayönümlü tamamlanmış elmi-tədqiqat işi haqqında məlumat təqdim edildi. Bu məlumatların ekspertlər tərəfindən öyrənilməsi nəticəsində tətbiq perspektivli 21 işin seçildiyini də deyilənlərə əlavə edə bilərik.

İnnovasiya şöbəsi Abşeron yarımadası ərazisində “Bahar” palçıq vulkanının yaxınlığında elmi-balneoloji müalicə müəssisəsinin qurulması, Azərbaycanın dünya miqyasında unikal üstünlüklərindən olan palçıq vulkanlarından elmi, müalicəvi, eləcə də tibbi turizmin və kurortların inkişafı istiqamətində uğurlu layihənin reallaşdırılması istiqamətində təşəbbüskar və əsas icraçılardan biri kimi çıxış etməkdədir.

“Sənaye ili” çərçivəsində digər müvafiq dövlət strukturları ilə yanaşı, AMEA-nın da təşkilatçı olduğuBirinci Respublika Əqli Mülkiyyət və İnnovasiya sərgisi”nin təşkilatçılarından olan İnnovasiya şöbəsi sənayeyə tətbiq oluna biləcək 30-a yaxın müxtəlif elmi-texniki yeniliklər və innovativ layihələr nümayiş etdirdi.

Azərbaycanın təbii resurslarından biri olan alunitin emalı istiqamətində uzun müddət müxtəlif obyektiv səbəblərdən dayandırılmış elmi-tədqiqat işlərinin yenidən canlandırılması üçün də əlverişli imkan yaradıldı. Belə ki, “Det.Al Holding” ilə AMEA-nın akademik M.F.Nağıyev adına KatalizQeyri-üzvi Kimya İnstitutu arasında əməkdaşlıq çərçivəsinin hazırlanması, niyyət sazişinin imzalanması, işçi qrupunun təşkili və AMEA ilə layihənin hazırlanmasına başlanıldı.

Respublikamızda kənd təsərrüfatının inkişafına dəstək məqsədilə üzviqeyri-üzvi gübrələrdən istifadə edilməsi son dövrlər sürətlə artmaqdadır. Biogübrələrdən istifadə üzrə innovativ təklifə əsasən daha səmərəli və ekoloji təmiz layihə kimi onların istehsalı və bu prosesə dövlət dəstəyinin təşkil edilməsi işində şöbədə müəyyən tədbirlər görülməkdədir.

“Bakı Tələbat Qabları” ASC-nin Azərbaycanın dağlıq zonalarında qışın soyuq keçməsini nəzərə alaraq mövcud su sayğacı qutularının izolyasiya probleminin həll edilməsi ilə bağlı təklif etdiyi texnologiyanın istehsalı və tətbiqi istiqamətində AMEA-nın Təcrübə-Sənaye Zavodunun resurslarından istifadə edilməsi məqsədilə hazırlıq işləri aparılır.

İnnovativ elmi-tədqiqat işlərinin artırılması, sənayeyə tətbiqi baxımdan real iqtisadi nəticələr doğura biləcək potensialın aşkarlanması və əlaqələndirilməsi, eləcə də AMEA-nın bu istiqamətdə qarşıya qoyduğu məqsədlərə çatması baxımından ötən il həyata keçirilən tədbirlər və ən qısa zamanda reallaşdırılması gözlənilən layihələr yaxın gələcəkdə öz faydalarını ortaya çıxaracaqdır.

 

Vüqar BABAYEV,

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının

 İnnovasiya şöbəsinin rəisi

Azərbaycan.-2015.- 23 yanvar.-  S.5.