Qəhrəmanlıq və iftixar
tariximiz
Tarixin qan yaddaşı
1990-cı ilin qanlı
yanvar hadisələri
Azərbaycan xalqının
milli bütövlüyünü
təsdiqləyən ən
böyük hadisələrdən
biri kimi tarixin yaddaşına əbədi həkk edilib. Bu faciə nəinki Azərbaycanı,
bütün dünyanı
lərzəyə gətirsə
də, o zaman yerli hakimiyyət orqanları baş verənlərin üzərindən
sükutla keçməyə
üstünlük verir,
Kremlin qəzəbinə tuş
gəlmək istəmirdilər.
O ağır və faciəli günlərdə
Azərbaycan xalqına
qarşı soyqırımı
aktının həyata
keçirildiyini ilk olaraq
cəsarətlə bütün
dünyaya bəyan edən Heydər Əliyev oldu. Heydər Əliyev vətəndaş
qeyrəti və həqiqi vətənpərvərlikdən
doğan cəsarətli
bəyanatı ilə
dünya azərbaycanlılarını
ayağa qaldırdı,
xalqın siyasi iradəsini ifadə etdi. Baş verən hadisələri
hüquqa, demokratiyaya,
hüquqi dövlət
quruculuğu prinsiplərinə
zidd hesab edən Heydər Əliyev günahsız insanların qətlə yetirilməsini Azərbaycan
xalqına qarşı
cinayət adlandıraraq
ona siyasi qiymət verilməsini tələb etdi.
1990-cı ilin yanvarından
sonra hakimiyyətdə
olan qüvvələrin
bu məsələdə
ilk vəzifəsi faciəni
təhlil etmək, günahkarları üzə
çıxarmaq və
dövlət səviyyəsində
siyasi-hüquqi qiymət
vermək olsa da, faktiki olaraq
heç bir tədbir görülmədi. 1990-cı il yanvar ayının 22-də çağırılan
Azərbaycan Ali Sovetinin
fövqəladə sessiyası
öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini
davam etdirmədi. Ali Sovetin yanvar
hadisələrini tədqiq
etməli olan komissiyasının da işi başa çatdırılmamış qaldı.
1990-cı
ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü
ilə həmin il noyabr ayının
21-də Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin
qərarı ilə
20 Yanvar faciəsinə
ilk dəfə siyasi-hüquqi
qiymət verildi. Azərbaycan xalqının ümumi rəyini özündə
təcəssüm etdirən
bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü
kimi tarixə düşdü. Heydər Əliyev
hələ sovet imperiyasının mövcud
olduğu bir dövrdə öz millətinin hüquqlarını
müdafiə etməkdən
qorxmadığını sübut
etdi. Sənəddə respublika səviyyəsində
20 Yanvar faciəsinə
siyasi-hüquqi qiymətin
verilməsi respublika rəhbərliyindən tələb
edilirdi.
Ölkəmiz müstəqilliyini bərpa
etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət
tapmadı. Nə Ayaz Mütəllibov
iqtidarı, nə AXC-Müsavat cütlüyünün
heç biri 20 Yanvar hadisələrinə
siyasi-hüquqi qiymət
verilməsi ilə bağlı kifayət qədər vaxtları və imkanları olsa da, bunu
etmədi.
Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdışından sonra
1994-cü ilin 20 Yanvar
hadisələrinin hüquqi
müstəvidə əsl
mahiyyəti məhz onun təşəbbüsü
və bilavasitə iştirakı ilə açıqlandı. 1994-cü il yanvarın 12-də
keçirdiyi müşavirədə
ulu öndər bu barədə deyirdi: ...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir.
Görünür ki, ötən
yaxın illərdəki
Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər
öz mənafeləri
naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər.
Ulu öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün
keçirilməsi ilə
bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda
həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi
qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın
müstəqillik yolunda
çarpışmasının dolğun mənzərəsini
əks etdirməli
idi.1994-cü ilin mart ayının
29-da respublika parlamenti
1990-cı il yanvarın
20-də Bakıda törədilmiş
faciəli hadisələr
haqqında qərar qəbul etdi. Beləliklə də 20 Yanvar
faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən
sonra əsl hüquqi-siyasi qiymətini
aldı.
Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin
əbədiləşdirilməsinə, onların ailələrinə
dövlət qayğısının
gucləndirilməsinə hər
zaman böyük diqqətlə yanaşırdı. Hər il yanvarın
20-də Şəhidlər xiyabanına gələrək
oranı ziyarət edir, şəhid ailələri ilə görüşür, onların
qayğıları ilə
maraqlanırdı. Bu gün Şəhidlər xiyabanında ucalan Əbədi məşəl
abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə
şəhidlərin xatirəsinə
ehtiram əlaməti olaraq inşa olunub. Ulu öndər 31 mart 1998-ci il tarixdə 20 Yanvar Şəhidi fəxri adının təsis edilməsi haqqında fərman imzalayıb. 29 dekabr
1998-ci ildə 20 Yanvar
şəhidi fəxri
adı haqqında əsasnamə təsdiq edilib. 2000-ci il yanvarın 17-də
imzaladığı fərmanla
isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid
olmuş oğul və qızlarımıza
20 Yanvar şəhidi
fəxri adı verilib.
Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərini xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək Əbədi məşəl abidə kompleksinin önünə əklil qoyur. Dövlət başçısı 20 Yanvar faciəsinin 15-ci ildönümünün keçirilməsi haqqında sərəncamında bildirirdi ki, Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar: 20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Sovet hakimiyyətinin süqutundan və Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışmış Azərbaycan rəhbərləri xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Onlar bu məsələdə heç maraqlı da deyildilər, çünki həmin cinayətin törədilməsinin məsuliyyəti bu və ya digər dərəcədə onların da üzərinə düşürdü. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinin mahiyyəti məhz onun təşəbbüsü və bilavasitə iştirakı ilə açıqlandı, onlara siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı.
Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında fərmanı ilə şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Prezident İlham Əliyevin 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında 19 yanvar 2011-ci il tarixli fərmanı ilə isə 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
25 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə həm də milli qürur günü kimi düşən 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı.
Bu gün Bakının ən yüksək nöqtəsində müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-2015.-23 yanvar.-S.8.