Prezident İlham ƏLİYEV: “Sumqayıtda gedən işlər

 Bakıda gedən işlərin səviyyəsində olmalıdır”

 

 

Dövlət başçısının bu tövsiyəsi Sumqayıtın inkişafını şərtləndirən başlıca prinsipdir

 

İnkişaf etmiş dövlətlərin tarixi təcrübəsi göstərir ki, iqtisadiyyatın sabitliyini qorumaq, eləcə də onu inkişaf etdirmək üçün regional tarazlığın, məşğulluq ənənələrinin qorunub saxlanması vacib şərtlərdəndir. Prezident İlham Əliyev tərəfindən regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması da məhz bu reallığa əsaslanır.

Sabit və davamlı inkişaf nəticəsində təkcə paytaxtın deyil, ölkəmizin digər şəhər və rayonlarının inkişafına verilən dəstək regionların həyatında keyfiyyətcə yeni mərhələ açmışdır. İnkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, regional sahibkarlığa geniş meydan verilməsi yaşanan tərəqqinin bütün iqtisadi rayonlar üzrə proporsional qaydada paylanması nəticə etibarı ilə Azərbaycanı daha qüdrətli etmişdir.

Bu gün ölkəmizin iqtisadi inkişafında mühüm çəkisi olan, əhəmiyyətli proseslərdə özünəməxsus rol oynayan şəhərlərdən biri də Sumqayıtdır. Sumqayıt Azərbaycanın günbəgün yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq genişləndirir. Son illərin inkişafı bu şəhərin simasında aydın müşahidə olunur.

Ötən il 65 yaşını qeyd edən Sumqayıt İkinci Dünya müharibəsindən sonra yaradılıb. Boz çöllərdə salınan şəhər sovet dönəminin simvol şəhərlərindən biri idi. Müharibədən sonrakı dövrdə keçmiş sovetlər birliyində eyni vaxtda bir neçə şəhərin yaradılması qərara alınmışdı. Onlardan biri olan Sumqayıtda yeni şəhərin salınması haqqında qərar qəbul edildikdən sonra buraya hər tərəfdən axın başladı. SSRİ-nin müxtəlif müttəfiq respublikalarından da xeyli adam işləmək üçün Sumqayıta üz tutdu.

İndiki şəhərin kiçik bir hissəsini əhatə edən Sumqayıtda tikinti işləri sürətlə aparılırdı. Zavodlar tikilir, küçələr salınırdı. Amma ilk illər əhalinin yaşayış şəraiti dözülməz halda idi. İnsanlar sıra ilə düzülmüş baraklarda yaşayırdılar.bir məktəb var idi, nə də sosial müəssisələr. Antisanitariya baş alıb gedirdi. Bataqlıqlar içində inşa edilən binalar - o dövrün məşhur “xruşovkaları” siyahı ilə yeni ailə quranlara verilirdi. O zamanlar yaranmış yarızarafat, yarıgerçək bir məsəli xatırlasaq yerinə düşər: “Sum qayıdacaq, amma buradakılar sağ qalmayacaqlar”. Yeni salınan şəhərdə adi infrastruktur sahələri demək olar fəaliyyət göstərmirdi. Hətta təcili tibbi yardım maşınları yolların bərbadlığından xəstələrin çağırışına gedib çata bilmirdi.

Bütün bunlara baxmayaraq, həmin dövr Sumqayıtda onlarla zavod istismara verildi. Lakin yeni yerləri açılsa da, texnologiyalar köhnə idi. Səmaya buraxılan tullantılar isə ekoloji tarazlığın pozulması ilə nəticələnirdi. Axşamlar havaya buraxılan qazlar şəhər üzərində dumanı xatırladırdı. Sumqayıta gələn rəsmi qonaqlar gecəni paytaxtda keçirməyə qərar verirdilər. Çünki şəhərdə kanalizasiya sisteminormal işləmirdi. Su saatlarla verilir, enerji çatışmazlığı demək olar ki, hər gün müşahidə olunurdu. Qaranlıq küçələrdə piyada keçidləri belə yox idi. Ekoloji pozuntular nəticəsində bəzi xəstəliklərin əhali arasında yayılması şəhər qəbiristanlığını az bir zaman kəsiyində doldurmuşdu.

Yalnız ötən əsrin 70-ci illərində respublikanın rəhbəri seçilən ümummilli lider Heydər Əliyevin səyi ilə Sumqayıtda vəziyyət dəyişməyə başladı. Az müddət ərzində insanların həyat şəraiti yaxşılaşdı. Mədəniyyət, təhsil, səhiyyə ocaqlarının inşası ön plana keçdi. Ulu öndərin respublika əhəmiyyətli tədbirlərin Sumqayıtda keçirilməsi haqqında verdiyi qərar şəhərin inkişafında mühüm rol oynadı. Həmin mərasimlər Sumqayıtda keçirildikcə şəhərin statusu artmağa başladı.

1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin həyata keçirdiyi quruculuq siyasəti nəticəsində isə neçə illər əvvəl qoyulmuş milli dövlətçilik konsepsiyası inkişaf etməyə başladı. Az bir zaman kəsiyində ölkə qarşıdurmalar məngənəsindən xilas edildi, sabitlik bərpa olundu. İndi Azərbaycanın hər bir vətəndaşı sabit və təhlükəsiz dövlətdə yaşadığına görə ümummilli lider Heydər Əliyevə borcludur. Əsası ulu öndər tərəfindən işlənib hazırlanmış və müvəffəqiyyətlə həyata keçirilən mükəmməl dövlətçilik konsepsiyasını Prezident İlham Əliyev bu gün Azərbaycanı işıqlı sabahlara aparan yeganə qüvvədir və xalq bu konsepsiyanın uğurla davam etdirilməsində yaxından iştirak edir.

Ümummilli lider Heydər Əliyevin “Kiçik Azərbaycan” adlandırdığı Sumqayıt da ulu öndərin ideyalarının konkret nümunəsidir. Bu gün Sumqayıt sosial-iqtisadi sahədə sürətlə inkişaf edir. Cənubi Qafqazın böyük sənaye mərkəzinə çevrilən, iqtisadi yüksəliş nəticəsində görkəmini yenidən quran, abadlıq-quruculuq işlərinə görə regionun ən gözəl şəhərləri sırasında yer alan Sumqayıt həm də müasir inkişaf nümunəsidir. Sumqayıt ölkəmizin ən böyük şəhərlərindən biri olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında tərəqqi və yüksəlişin əsas ünvanlarından birinə çevrilib. Ölkə başçısının təşəbbüsü ilə burada bəlkə də bütün postsovet məkanında yeganə struktur göstəricilərinə əsaslanan Sənaye Parkı yaradılmışdır. İndi Bakının müəssisələrinin bir hissəsi Sumqayıta köçürülür. Bu proses kortəbii qaydada deyil, planlı şəkildə həyata keçirilir. Sumqayıtda fəaliyyətə başlayan müəssisələrin açılışında ölkə başçısının şəxsən iştirak etməsi isə onun şəhərə göstərdiyi diqqət və qayğının sübutudur. Ümumiyyətlə, Sumqayıtın qısa zaman kəsiyində geniş quruculuq məkanına və sənaye mərkəzinə çevrilməsinin əsas səbəblərindən biri şəhərə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir. Bu diqqət və qayğının nəticəsində Sumqayıt həm əhalinin say tərkibi baxımından, həm də inzibati ərazi vahidi olaraq sürətlə böyüyür, ölkənin əsas iqtisadi və sənaye mərkəzlərindən birinə çevrilir. Qarşıda duran əsas hədəflərdən biri isə Sumqayıtı tez bir zamanda Bakı standartlarına yaxınlaşdırmaqdır və bu, Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifədir. Bu vəzifənin həyata keçirilməsi istiqamətində Sumqayıtda genişmiqyaslı işlər görülür.

Hesablamalar göstərir ki, tezliklə şəhər əhalisinin sayı 600-700 min nəfəri keçəcək. Odur ki, şəhərdə bu gün infrastruktur obyektləri gələcək illər üçün nəzərə alınaraq yaradılır. Sumqayıtda əhalinin məşğulluq səviyyəsi yüksəkdir və yeni yerlərinin açılması, o cümlədən özəl sektorun inkişaf prosesi uğurla davam edir. Şəhərdə yeni infrastrukturun qurulması istiqamətində görülən işlər nəticəsində minlərlə sumqayıtlı işlə təmin olunmuşdur. Bundan əlavə, Sumqayıtda bu gün sənaye obyektlərinin yenidən qurulması və modernləşdirilməsi işinə xüsusi diqqət yetirilir. Eyni zamanda sənaye potensialının inkişafı üçün vacib olan infrastruktur layihələrin icrası xüsusi diqqət mərkəzindədir. Kimya kompleksində görülən yenidənqurma işləri isə burada istehsal edilən məhsulların təkcə yerli tələbatın ödənilməsinə yox, ixrac həcminin genişlənməsinə də yeni imkanlar yaratmışdır.

Qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyinin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq ölkəmizdə qeyri-neft sektorunun əsas sahələrindən olan sənayenin inkişafına xüsusi diqqət yetirilir. Prezidentin təşəbbüsü ilə Sumqayıtda Cənubi Qafqazın ən böyük Texnologiyalar Parkının ərsəyə gəlməsi məhz bu diqqətin nəticəsidir.

Sumqayıt Texnologiyalar Parkının (STP) ərazisi 45 hektardır. Parkdakı zavod korpuslarının ərazisi isə 140 min kvadratmetrdir. Postsovet məkanında bənzəri olmayan bu texnoparkın istismara verilməsi ölkəmizdə elektroenergetikanın inkişafında, onun mövcud potensialının daha da möhkəmlənməsində, müəssisələrin yenidən qurulmasında və müasirləşdirilməsində geniş imkanlar açmışdır. Bu möhtəşəm iqtisadi kompleksin fəaliyyətə başlaması ilə ölkə sənayesi müasir energetika qurğuları ilə təmin olunur. 3 mindən artıq insanın çalışdığı STP-də 13 zavod fəaliyyət göstərir, 5 zavod isə tikilməkdədir. Onu da qeyd edək ki, STP təkcə ölkəmizdə deyil, Şərqi Avropada tanınır. Artıq bir sıra dövlətlərlə müqavilələr də bağlanmışdır.

Son 10 ilin iqtisadi sıçrayışı nəticəsində Sumqayıtda başqa müəssisələr də fəaliyyətə başlayıb. Bu sırada “Azərsun Sənaye Parkı”nın nəzdində Azərbaycan Kağız və karton istehsalat kombinatı və fabriki, Mis emalı zavodu, Beton məmulatı zavodu, “Alyans Tekstiltikiş fabriki və digərlərini misal gətirmək olar. Məhz belə müasir müəssisələrin istifadəyə verilməsi nəticəsində yüzlərlə sumqayıtlı gənc yeni yerləri ilə təmin edilmişlər. Həmçinin şəhərdə müxtəlif təyinatlı məhsulların istehsalı ilə məşğul olan müəssisələrin maddi-texniki bazası davamlı olaraq möhkəmləndirilib, müasir tələblərə uyğunlaşdırılır. Görülən bu işlər də öz növbəsində əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə, şəhər sakinlərinin maddi gəlirlərinin artmasına, insanların layiqli həyat tərzinin təmin olunmasına gətirib çıxarır.

Sumqayıt Nəsimi adına mədəniyyət və istirahət parkı son illər öz görkəmini tamamilə dəyişib. Nəsiminin yeni heykəli isə daha münasib yerdə ucaldılıb. Parkın girəcəyindən başlayaraq səkilər, gediş-gəliş zolaqları sökülərək yenimüasir tələblərə cavab verən döşəmə materialları ilə əvəzlənib. Park həm də müasir işıqlandırma sistemi ilə tam təchiz olunub. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik uzlaşdırılıb, mədəni irsimizə gözəllik gətirəcək maraqlı elementlər və formalar əlavə olunub. Onu da qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən Nəsimi adına mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına salınıb.

Azərbaycanın azadlığı uğrunda canından keçən soydaşlarımızın müqəddəs ruhu sumqayıtlılar tərəfindən daim yad edilir, onların ailə üzvlərinə diqqət və qayğı ilə yanaşılır. Sumqayıt Şəhidlər xiyabanının yaxınlığındakı 10 hektar ərazidə aparılan geniş abadlıq işləri başa çatıb. Burada 10 metr hündürlüyündə 20 Yanvar abidəsi ucaldılıb. Parkda həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulub. Qranit abidə kompleksi soyqırımı qurbanlarının heç zaman unudulmadığını, onların xalqımızın qəlbində əbədi yaşadığını göstərir. Onu da əlavə edək ki, son bir neçə ildə yüzlərlə şəhid və Qarabağ əlili ailələri mənzillə təmin edilmiş, onların həyat şəraitini yaxşılaşdırmaq üçün mühüm addımlar atılmışdır.

Şəhərdə yaşıllaşdırma işləri getdikcə daha geniş vüsət alır. Əhalinin xoş və mənalı istirahəti üçün salınan yeni parkxiyabanlarda ağacların, gül kollarının əkilməsi prioritet istiqamətlər sırasında yer alır. Müxtəlif aksiyaların iştirakçısı olan sumqayıtlılar şəhərin mikrorayon və qəsəbələrində son bir neçə ildə 100 minə yaxın ağac əkmişlər. Bu işə təkcə müvafiq dövlət strukturları yox, hər bir Sumqayıt sakini öz töhfəsini verməyə çalışır.

Bu gün dünya miqyasında Azərbaycanı fərqləndirən əsas xüsusiyyətlərdən biri yüksək tolerantlıq, dini dözümlülük mühitinin mövcudluğudur. Tolerantlığı ilə seçilən Sumqayıtın dindarları Cümə məscidinin yenidən qurulması üçün ölkə başçısına müraciət etmişdilər. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Sumqayıt Cümə məscidi qısa zamanda təmir edilərək dindarların ixtiyarına verildi. Bu gün orada oxunan dualar həm də sumqayıtlılara belə bir şəraiti yaradanlar üçündür.

Sumqayıt həmçinin nümunəvi məhəllələri ilə tanınır. Artıq əhalinin sıxlıq təşkil etdiyi yaşayış massivlərində - 2, 9, 18, 13, 10-cu mikrorayonlarda və məhəllələrdə, qəsəbələrdə müvafiq infrastruktura malik belə ərazilər əhalinin ixtiyarına verilmişdir. Həmin məhəllələrdə süni örtüklü idman meydançaları, xeyir-şər evləri, sakinlərin istirahəti üçün çardaqlar, uşaqlar üçün guşələr, yumşaq ev əşyalarının yuyulub qurudulması üçün ətrafı bağlı yerlər yaradılmışdır. Nümunəvi məhəllələrin ətrafına yeni ağaclar əkilmiş, əraziyə asfalt döşənmiş, oturacaqlar düzülmüşdür.

Sumqayıtı həm də gənclər şəhəri adlandırırlar. Burada gənclərə qayğı ilə yanaşılır, onların işlə təmin edilməsi və rəhbər vəzifələrə irəli çəkilməsi şəhər rəhbərliyinin diqqət mərkəzindədir. Ümumiyyətlə, bu sahənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Gənclər siyasəti ilə bağlı 2005-2009-cu illəri əhatə edən dövlət proqramı isə bu tədbirlərin məntiqi davamıdır. Hazırda həyata keçirilən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı bu məsələdə mühüm rol oynayır. Bölgələrdə müasir tələblərə cavab verən gənclər mərkəzlərinin, gənclər evlərinin istifadəyə verilməsi məhz bu proqramın icrasına xidmət edir.

Ölkə başçısının Sumqayıta son səfəri zamanı “Gənclər evinin açılışı oldu. Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilən binada caz klub, səhnəsi olan kafe-bar, art-studiya, internet klub yaradılıb. Burada həmçinin vətənpərvərlik klubu, müasir və zəruri avadanlıqlarla təmin edilmiş videostudiya, bizneshüquqi məsləhət mərkəzləri fəaliyyət göstərir.

Sumqayıtlılar gələcəyə nikbin baxırlar. Çünki yenicə başlayan 2015-ci il onlar üçün uğurla başladı. Azərbaycan Prezidenti İlham Əliyev regionlara ilk səfərini Sumqayıta etdi. Bu səfər şəhərə yeni bir ruh yüksəkliyi gətirdi. Dövlət başçısı səfər zamanı sumqayıtlılarla görüşündə bildirdi: “Şəhər gözəlləşir, abadlaşır. Sumqayıt indi ekoloji cəhətdən ən təmiz şəhərlərdən biridir. Vaxtilə Sumqayıtı ekoloji fəlakət şəhəri kimi təsvir edirdilər. Əfsuslar olsun ki, bəzi hallarda Azərbaycana qarşı aparılan kampaniya çərçivəsində yenə də Sumqayıt haqqında həqiqəti əks etdirməyən sözlər deyilir. Amma buraya gələn hər kəs görür ki, indi Sumqayıt parklar şəhəridir. Sənaye müəssisələrində bütün ekoloji standartlar gözlənilir, tətbiq edilir. Havası təmiz, gözəl infrastrukturu olan şəhərdir. Son illərdə Sumqayıtda bir neçə park qurulub, yenidən salınıb, əsaslı təmir edilib. Şəhər gözəlləşir, binalar tikilir. Mən dəfələrlə demişəm ki, Sumqayıtda gedən işlər Bakıda gedən işlərin səviyyəsində olmalıdır.”.

Bu gün Sumqayıtda dövrün ən möhtəşəm layihələri həyata vəsiqə alır. Sumqayıt təkcə Azərbaycanın deyil, Avropanın müasirabad şəhərlərindən birinə çevrilir. Əldə edilən bu uğurun kökündə isə ölkə başçısı tərəfindən düzgün müəyyənləşdirilən davamlı iqtisadi siyasət durur.

 

Akif ƏLİYEV,

Azərbaycan.-2015.-23 yanvar.-S.6.