İki Müqəddəs
Ocağın Xadimi, Səudiyyə Ərəbistanının
Kralı Əlahəzrət Salman bin
Əbdüləziz Al Səuda
Əlahəzrət,
Əziz
Qardaşım,
İki
Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının
Kralı Abdullah bin Əbdüləziz Al Səudun vəfatı
xəbərini dərin kədər hissi ilə
qarşıladıq.
Yüksək
nüfuz sahibinə malik, özünün bütün fəaliyyəti
ilə xalqına hədsiz sədaqət nümunəsi
göstərmiş Kral Abdullah bin Əbdüləziz Al Səud
müdrik və uzaqgörən siyasətçi kimi beynəlxalq
aləmdə və Səudiyyə Ərəbistanın tarixində
silinməz iz qoymuşdu. O, müsəlman dünyası və
xalqları arasında birlik və həmrəyliyin bərqərar
olmasında böyük rol oynamışdır. Azərbaycan
ilə Səudiyyə Ərəbistanı arasında dostluq və
əməkdaşlıq münasibətlərinin
inkişafında və genişlənməsində Kral Abdullah
bin Əbdüləziz Al Səudun müstəsna xidmətləri
olmuşdur.
Bu
ağır anlarda dərdinizi bölüşür, Sizə,
ailənizin bütün üzvlərinə, qardaş Səudiyyə
Ərəbistanı xalqına şəxsən öz
adımdan və Azərbaycan xalqı adından dərin
hüznlə başsağlığı verirəm.
Allah
rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 23 yanvar 2015-ci il
Azərbaycan.-2015.- 24 yanvar.- S.3.