Dövlət Gömrük
Komitəsinin sədri Neftçalada vətəndaşları
qəbul edib
Prezident
İlham Əliyevin tapşırığına uyğun olaraq
mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciətlərinin, ərizə və
şikayətlərinin müsbət həll olunması
üçün müvafiq tədbirlər görürlər.
AzərTAc
xəbər verir ki, yanvarın 23-də Dövlət
Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti
general-leytenantı Aydın Əliyev Neftçala şəhərindəki
Heydər Əliyev Mərkəzində Salyan, Biləsuvar,
Neftçala və Cəlilabad rayonlarından olan vətəndaşları
qəbul edib.
Qəbula
gələn vətəndaşların müraciətlərinin
əksəriyyəti işə qəbul, gömrük
keçid məntəqələrinin vəziyyəti,
malların idxal və ixracı və bununla əlaqədar sənədləşmə
qaydaları ilə bağlı olub.
Səyyar
qəbul zamanı DGK-nın sədri hər bir vətəndaşın
müraciətini diqqətlə dinləyib və
qaldırılan məsələlərin qanunvericiliyə
uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə
tapşırıqlarını verib.
Vətəndaşların
qəbul zamanı qaldırdıqları məsələlərin
bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə
aid olmayan məsələlərlə bağlı müraciətlər
isə müvafiq orqanlara çatdırılmaq
üçün qeydiyyata alınıb və nəzarətə
götürülüb.
Azərbaycan.-2015.- 24 yanvar.- S.5.