“Basqal və
basqallılar” kitabı çapdan
çıxıb
İsmayıllı
rayonunun qədim yaşayış məskənlərindən
olan Basqal əhalisinin əsrlərdən bəri qoruyub
saxladığı adət-ənənələrdən,
keçirilən bayram və
dini mərasimlərdən bəhs
edən, qədim sənət növlərindən olan ipəkçiliyin, dəmirçiliyin,
dabbaqlığın və s.
qorunub saxlandığını əks etdirən yeni nəşr
- “Basqal və basqallılar” kitabı çapdan
çıxıb.
AzərTAc xəbər verir ki, yazıçı-publisist, “Metodist
müəllim”, “Təhsil əlaçısı”, “Qabaqcıl
maarif xadimi” olan el
ağsaqqalı Miryavər Hüseynovun yenicə işıq
üzü görən bu kitabı
geniş oxucu kütləsi
üçün nəzərdə tutulub.
Kitaba müəllifin müxtəlif
vaxtlarda dərc olunan “Basqal əcdadlarımızın əks-sədasıdır” etnoqrafik
sənədlər toplusu və “Yaşamaq elmi” povesti daxil edilib.
“Basqal
və basqallılar” kitabının böyük bir hissəsində
Basqalın adlı-sanlı yetirmələrinin, o cümlədən
dövlət, elm, maarif və incəsənət xadimlərinin həyat yolundan ətraflı bəhs edilir.
Azərbaycan.-2015.- 24 yanvar.- S.7.