Prezident İlham
Əliyev Hindistanın Azərbaycandakı səfirini
diplomatik fəaliyyətinin
başa çatması ilə əlaqədar qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də
Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Vinod Kumarı diplomatik fəaliyyətinin başa
çatması ilə əlaqədar qəbul edib.
Görüşdə Azərbaycan
ilə Hindistan arasında ikitərəfli
əlaqələrin ötən dövr ərzində
uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın
iqtisadi, biznes və
digər sahələrdə genişləndirilməsi üçün qarşılıqlı
marağın olduğu bildirildi,
ölkələrimiz arasında münasibətlərin
müxtəlif sahələrdə bundan sonra da möhkəmləndiriləcəyinə
əminlik ifadə edildi.
AzərTAc
Azərbaycan.-2015.- 25 yanvar.- S.1.