Dövlətçilik tariximizin ən qədim yazılı mərhələsi

 

Mesopotamiyanın gil kitabələri Ön Asiya və həmhüdud bölgələrdə məskunlaşmış etnos və tayfaların, parlayıb sönmüş dövlətlərin, qaynayıb qarışmış mədəniyyətlərin erkən tarixinin öyrənilməsində həlledici əhəmiyyətə malikdir. Bu kitabələrdən faydalanmasaydıq, yalnız antik dövr yunanRoma yazarlarının əsərlərindəki ziddiyyətli məlumatlarla kifayətlənmiş olsaydıq, bundan əvvəlki 3000 illik daha qədim tarixi proseslərdən, həm də Şumer, Elam, Ebla, Hurri, Het, Urartu kimi sivilizasiyaların varlığından xəbərsiz qalardıq.

Xoşbəxtlikdən mismarabənzər əsrarəngiz işarələrlə tərtib olunmuş bu kitabələrdən bizə də pay düşüb və onlardakı məlumatların çoxillik tədqiqatları Azərbaycanın cənubunda erkən siyasi birliklərin mövcud olduğunu üzə çıxartdı. Bu məlumatlara istinad edərək AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov yazır: “Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik siyasi birliklər hələ miladdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar” (Yaqub Mahmudov. “Azərbaycan: qısa dövlətçilik tarixi”. Bakı, 2005, səh. 8).

Arxeoloji və yazılı qaynaqlar da təsdiq edir ki, miladdan öncəki III minillikdə Azərbaycanın tarixi torpaqlarında icma münasibətlərinin dağılması ilə sinifli cəmiyyətlərin formalaşması prosesi nəzərə çarpır, iri tayfaların inteqrasiyası fonunda yeni idarəçilik sistemlərinin meydana gəlməsinə şərait yaranır. Dəclə və Fərat çaylarının cənub vadilərində bu proseslərə xeyli əvvəl start verildiyindən təbii ehtiyatları və əmək resursları eyni səviyyədə məhdud olan şəhər-dövlətlərin iqtisadi yüksəlişi kənardakı xammal mərkəzləri ilə mübadilə münasibətlərinin çevrəsinin genişləndirilməsini və intensivliyini zəruri edirdi. Uruk mədəniyyətinin intibah çağında (miladdan əvvəl IV minilliyin sonları) Şumer elitasının dəstəyi ilə indiki Suriyanın və İranın ərazilərindəki qədim məskənlərdə (Cəbəl-Aruda, Həbibə-Kəbirə, Şuş, Qodıntəpə və s.) ticari koloniyalar meydana gəldi. I Erkən sülalələr dönəmində (miladdan əvvəl XXVIII-XXVII əsrlər) şumerlilərin KişUruk kimi şəhər - dövlətlərində bu münasibətləri tənzimləyəcək sosial-siyasi və hərbi təsisatlar mövcud idi. Azərbaycan sakinlərinin də bu tarixi proseslərdən kənarda qalmadığı, Mesopotamiyanın qədim mərkəzləri ilə əmtəə-xammal və texnoloji innovasiyalar mübadiləsi səviyyəsində, eləcə də mədəni sferada əlaqələr saxladığı arxeoloji qazıntılarla təsdiqini tapıb.

Bu əlaqələr haqqında Mesopotamiyanın mixi yazılı mənbələrində də xeyli maraqlı məlumatlar var və respublikamızda onları ilk dəfə elmi dövriyyəyə daxil edən və sistemli şəkildə araşdıran mərhum tarixçimiz professor Yusif Yusifov olmuşdur. Yusif müəllimin başlıca xidməti odur ki, Mesopotamiya tarixinin tədqiqində istifadə olunan bu mənbələri erkən sinifli cəmiyyətlər dönəmində Azərbaycanın etno-siyasiictimai mənzərəsinin öyrənilməsinə yönəldə bildi.

Ötən əsrin ortalarında İstanbul muzeylərinin birində saxlanılan “En-MerkarAratta hökmdarı” adlı şumer eposunun S.Kramer tərəfindən oxunuşundan sonra Şumer şəhərlərini qiymətli daşlar, minerallartikinti materialları ilə təchiz edən Aratta dövlətinin lokalizə problemləri ilə məşğul olmağa başladılar. Sonralar Arattanın digər şumer eposlarında da xatırlandığı üzə çıxdıqda mövzunun aktuallığı xeyli artdı. Təbii ki, Yusif Yusifov tanınmış alim kimi bu araşdırmalardan kənarda qala bilməzdi. Problemlə bağlı ilk tədqiqatlarının nəticələri 1971-ci ildə Tbilisidə keçirilən Qədim Şərq tarixinin problemlərinə həsr olunmuş beşinci ümumittifaq sessiyanın materiallarında tezis şəklində dərc olundu (Bax, onun: O nekotorıx komponentax neizvestnoqo proisxojdeniə. /V Vsesoöznaə sessiə po drevnemu Vostoku. Tezisı dokladov. Tbilisi, 1971, s. 116-118). Alimin növbəti illərdə apardığı araşdırmaları Aratta dövlətinin indiki Sənəndəclə Zəncan arasındakı bölgədə yerləşdiyini və Azərbaycanın cənub torpaqlarını da əhatə etdiyini söyləməyə əsas verdi (Bax, onun: Strana Aratta - Alateye. /Materialı konferenüii “Drevnevostoçnaə kulğtura i voprosı ee prepodavaniə na istoriçeskom fakulğtete (tezisı dokladov)”. Dauqavpils, 1985, s. 78-81; Rannie kontaktı Mesopotamii s severo-vostoçnımi stranami (Priurmiyskaə zona) // Vestnik drevney istorii. 1987. ¹ 1, s. 20-23; Qədim Şərq tarixi. Bakı, 1993, s. 73, 331-335; Azərbaycan tarixi. I cild. Ən qədim zamanlardan XX əsrədək (Z.M.Bünyadovun Y.B.Yusifovun redaktəsilə). Bakı, 2005 (təkrar nəşr), s. 64-71; Qədim Azərbaycan tarixinin tarixşünaslığı.

I. Aratta dövlətinin tarixşünaslığı

(I məqalə) // Tarix onun problemləri. 1997, ¹ 1, s. 236-245; Qədim Azərbaycan tarixinin tarixşünaslığı. Aratta dövlətinin tarixşünaslığı

(II məqalə). // Tarix onun problemləri. 1997, ¹ 2, s. 118-131). Onun çoxillik tədqiqatlarından alınan mühüm nəticələr bunlardır.

1. Şumerdən Azərbaycanın cənub torpaqlarında mövcud olmuş Arattaya aparan kommunikasiya xətlərindən biri Elamın ərazisindən (indiki İranın Xuzistan, İlam, Kermanşah Luristan vilayətləri), digəri isə indiki Süleymaniyyə yaxınlığındakı Qaradağ aşırımından İran Kürdüstanından keçirdi (ətraflı bax: Ö.Ösifov, A.Alimirzoev. Otrajenie rannix kontaktov Uruka s Glamom v istoriko-gpiçeskoy tradiüii şumerov // İzvestiə AN Azerbaydjanskoy Respubliki. Seriə ist., fil. i prava, 1992, ¹ 3-4, s. 92-98).

2. Aratta Şumer şəhər-dövləti Urukun (Bibliyada Erex; indiki İraqın cənubunda Varka) ticarət sferasında tərəf-müqabili idi. Aldıqları xammal təbii sərvətlər müqabilində uruklar Arattaya taxıl göndərirdilər.

3. Arattada dəmyə əkinçiliyinin mövcud olmasına baxmayaraq, dövlətin əsas gəlir mənbəyi tranzit ticarətinə bağlı idi. Əlverişli coğrafi mövqeyi Bədəxşanla (Əfqanıstanın şimalında) Mesopotamiyanı birləşdirən karvan yoluna nəzarəti mümkün edirdi.

4. Dövlətin idarəetmə sistemi, dini ideologiyası Şumer şəhərlərində olduğunun eyni idi. Arattada şumer dili yazı sistemi ilə tanış idilər.

Lakin elmi ictimaiyyət son 40 ildə ortaya çıxarılan bu yenilikləri birmənalı qəbul etmədi. Tədqiqatçılarımızın bir qrupu Arattanı Azərbaycan tarixinin tərkib hissəsi hesab etsə , bu fikrin əleyhinə çıxanlar ya onu qəbul etməyənlər oldu. Dərsliklərimizdə 5 min illik dövlətçilik tariximizin Arattadan başlandığının vurğulandığı halda, akademik nəşrlərdə bunun əksinin şahidi oluruq.Azərbaycan tarixi”nin yeddicildlik akademik nəşrində Aratta mövzusunun diqqətə alınmaması təəssüf doğurur problemə ciddi yanaşmağı tələb edir. Əgər Aratta tariximizlə bağlı deyilsə özgənin tarixini özümüzünküləşdirməyə ehtiyac duymuruqsa, buna ilk mənbələrdəki məlumatların elmi təhlili əsasında qərar vermək lazımdır. Vaxtı ilə bu istiqamətdə edilən səthi uğursuz cəhdlər Y.Yusifovun araşdırmalarına kölgə sala bilməz (İ.Q.Aliev. İzuçenie problem drevney istorii, filoloqii i arxeoloqii v Azerbaydjane v 1977-1987 qodax. // Vestnik drevney istorii, 1988, ¹ 1, s. 63; İ.Q.Aliev. O nekotorıx voprosax gtniçeskoy istorii Azerbaydjanskoqo naroda. Baku, 2002, s. 106-107; Azərbaycan Milli Ensiklopediyasının I cildində (səh. 592-593) Aratta Azərbaycandan kənarda yerləşən dövlət kimi təqdim olunur). Bu baxımdan, Aratta şəhər-dövlətinin tarixinin yeni mənbələr əsasında daha geniş tədqiqinə ehtiyac duyulur. Arattanın coğrafi mövqeyi ilə bağlı şəxsi mülahizələrimizi, qismən olsa, vaxtı ilə oxucularla bölüşmüşük (Bax: A.Əlimirzəyev. Erkən Elam cəmiyyəti: siyasi-iqtisadi münasibətlər yazı tarixi. Bakı, 2011, səh. 5, 24, 156).

Aratta haqqındakı məlumatların böyük əksəriyyəti miladdan əvvəl XX-XVIII əsrlərdə tərtib edilmiş şumer qəhrəmanlıq dastanlarında qeydə alınsa da, Arattanın mifoloji deyil, reallıqda mövcud olmuş dövlət olduğu heç kimdə şübhə doğurmur. Alman arxeoloqlarının Varkada aşkara çıxardıqları quzuların uçotunu əks etdirən protoşumer piktoqrafiq sənədlərinin birindəAratta hökmdarıifadəsi qeydə alınıb. Yeni Şumer mərhələsində yazıya alınanŞulgi Ninlil”, “Tanrı Ninhursaqa himn”, “İlahə Nisabaya himn”, “İnanna Ebeh digər ədəbi əsərlərdə Arattanın sərvəti vəsf olunur.

Şumer qəhrəmanlarının Arattaya səfərləri ilə bağlı dastanlarda Elamın Suz Anşan şəhərləri xatırlandığından Arattanı İranın cənub-şərqində (Seistan Kerman vilayətləri), Bədəxşanda, hətta Hindistanda lokalizə etməyə çalışmışlar. 2006-2007-ci illərdə Kermanda, Ceroft şəhəri yaxınlığındakı Konar-Sandal kəndi ərazisində aparılan qazıntılar zamanı orijinallığı ilə fərqlənən yeni arxeoloji mədəniyyətin üzə çıxarılması Arattanı burada lokalizə etmək istəyənlər üçün əlavə sübut kimi dəyərləndirildi. Lakin tapılan maddi mədəniyyət nümunələrinin (tikili qalıqları, saxsı qabların fraqmentləri, xlorit qablar, özünəməxsus yazı sistemi olan gil lövhələr) Şumerin analoji artefaktlarından kəskin fərqləndiyindən Arattanın burada yerləşdiyi ehtimalı mümkünsüz görünür.

Ön Asiyanın mixi yazılı mənbələri Arattanın Urmiya gölü ilə Xəzər dənizi arasındakı ərazidə yerləşdiyinə işarə edir. Bu məlumatların bir qismi (Aşşur çarı II Sarqonun kitabələrində Mannanın ərazisində axanArattanın çayıhidronimi, Urartu çarı I Argiştinin Mannaya yürüşü ilə əlaqədar xatırlananAlatevilayəti s.) vaxtı ilə Y.Yusifov tərəfindən tədqiq olunmuşdur. İnformativ xarakterli aşağıdakı məqamlar gələcək araşdırmaların ümumi istiqamətlərini müəyyənləşdirə bilər.

1. “Luqalbanda Hurrum dağında onun davamı sayılanLuqalbanda Anzud quşueposlarında bildirilir ki, Arattanı işğal etmək üçün Urukdan yola çıxan Şumer ordusu yürüşün yeddinci günü Dəclə çayını keçib, Zabua ölkəsinə Lullubi dağlarınaçatırlar. Miladdan əvvəl I minilliyin Aşşur kitabələri Urmiya gölünün cənubundakı Zamuanı (qədim Zabua) lullubilərin ölkəsi kimi təqdim edir.

2. Miladdan əvvəl 716-cı 713-cü illərdə II Sarqon Madanın vilayət icma başçılarından, o cümlədən Aratpatı şəhərindən xərac almışdır. Həmədanla Zəncan arasında yerləşdiyi güman olunan bu şəhərin adı akkad dilindən tərcümədəArattanın sərhəddianlamını verir.

3. Bir neçə il bundan əvvəl Reydən şərqdə, Varamin şəhərinin yaxınlığındakı Təpə Sofalindən Uruk mədəniyyəti üçün səciyyəvi olan 11 ədəd gil “rəqəmli lövhəciklər” və saxsı qab fraqmentləri aşkar olundu. Bu tapıntılar bölgənin Şumerin Uruk mədəniyyəti ilə iqtisadi əlaqələrinə işarə edir. Coğrafi baxımdan bu əlaqələr Arattadan (Cənubi Azərbaycandan) keçməklə reallaşa bilərdi.

4. “En-MerkarEn-Suhkeşdanna” dastanından məlum olur ki, Aratta hökmdarının vəziri əslən Hamazi şəhərindən idi. Bu şəhər dağıldıqdan sonra o, Arattaya köç etmişdir. Görünür, Hamazi Arattanın qonşuluğunda yerləşirdi və onların sakinləri eyni (və ya oxşar) dildə danışırdılar. Yazılı qaynaqlardan yaxşı məlum olan Hamazinin dəqiq yeri bəlli deyil; onu Kərkükdən şərqdə, Soltaniyyə yaxınlığında və ya Həmədan ətrafında lokalizə edirlər.

5. Arattaya səfərlə əlaqədar Anşanın (indiki Şirazdan 43 km şimal-qərbdə Təpə-Məlian) xatırlanması heçmarşrutun buradan keçdiyi anlamına gəlmir. Aratta ilə bağlı dastanlar tərtib olunan vaxtlarda Elam dövləti əslən Anşandan olan sülalə tərəfindən idarə olunduğundanElam və “Anşan” məvhumları sinonim kimi işlənirdi.

Azərbaycanın cənub torpaqlarında mövcud olmuş ilk siyasi qurum kimi Aratta Şumer şəhərləri ilə təkcə ticari sferada deyil, eyni zamanda diplomatik səviyyədə münasibətlər qurur, bəzən də hərbi münaqişəyə cəlb olunurdu. En-Merkar Aratta şəhərini mühasirədə saxlasa da, işğal edə bilməmiş, amori sami tayfaları Uruka basqınlar edərkən hərbi yardım üçün Aratta hakiminə müraciət etməli olmuşdur.

Etinasızlığımız səbəbindən sahiblənə bilimədiyimiz tariximizə, mədəniyyətimizə, incəsənətimizə, mənəvi dəyərlərimizə zaman-zaman bədxah qonşularımızın sahib çıxmaq cəhdlərinin şahidi olmuşuq. Aratta”, “Ararat” təsadüfi səs bənzərliyinə əsaslanan erməni “tarixçisi A.Mövsisyanın 1992-ci ildə Yerevanda “Ermənistanın qədim dövləti Aratta” adlı monoqrafiyası çapdan çıxmış, bir qədər sonra isə tərcümə edilərək Türkiyədə də nəşr olunmuşdur. Aratta mövzusunun ilk mənbələr əsasında Y.Yusifov tərəfindən əsası qoyulan sistemli tədqiqi təkcə Azərbaycanın qədim dövr tarixinin sirli səhifəsinin öyrənilməsinə deyil, eyni zamanda, növbəti erməni saxtakarlığının ifşasına töhfə verə bilər.

 

Allahverdi ƏLİMİRZƏYEV,

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun

aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Azərbaycan.-2015.- 25 yanvar.- S.5.