Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində

 dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 444; 2006, ¹ 12, maddə 1029; 2007, ¹ 5, maddə 442, ¹ 6, maddə 562, ¹ 8, maddə 756; 2009, ¹ 12, maddə 948; 2010, ¹ 3, maddə 171; 2012, ¹ 7, maddə 643; 2013, ¹ 3, maddə 214; 2014, ¹ 4, maddə 325) aşağıdakı dəyişikliklər edilsin:

1. 48.2.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 48.2.3-cü və 48.3-cü maddələr əlavə edilsin:

“48.2.3. sərnişin daşımaları xidmətini həyata keçirən gəmi ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasını “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirmək.

48.3. Bu Məcəllənin 48.2.3-cü maddəsi ilə müəyyən edilmiş tələb yerinə yetirildiyi halda gəminin istismarına icazə verilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 16 dekabr 2014-cü il

Azərbaycan.-2015.- 25 yanvar.- S.2.