Qeyri-neft sektorunun inkişafı prioritet istiqamət olaraq qalır
Artıq uzun illərdir ki, Azərbaycan iqtisadiyyatının artım
tempinə görə
dünyanın qabaqcıl
ölkələri sırasında
öz layiqli yerini tutmaqdadır. Bunun başlıca
səbəbi dünyanın
əksər ölkələrini
bürümüş iqtisadi
və maliyyə böhranı dövründə
belə Azərbaycanda
xalqla iqtidar arasındakı birliyin sarsılmazlığı sayəsində
ictimai-siyasi sabitliyin qorunub saxlanılması, enerji təhlükəsizliyinin
təmin edilməsi və bütün iqtisadi proqramların uğurla həyata keçirilməsidir.
Prezident
İlham Əliyevin Nazirlər Kabinetinin
2014-cü ilin sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında qeyd etdiyi kimi, Azərbaycan
son 11 il ərzində
dünya dövlətləri
arasında iqtisadi artım tempinə görə ən sürətlə inkişaf
edən ölkədir.
Bunu mötəbər beynəlxalq
iqtisadi qurumlar da təsdiq edir. Davos İqtisadi Forumunun
hesabatlarında Azərbaycan
iqtisadiyyatının 2014-cü ildə rəqabətqabiliyyətliyinə
görə dünyada
38-ci yerə layiq görülməsi bunun əyani sübutudur.
Keçən il ÜDM istehsalının
2,8, qeyri-neft sektorunun isə 7 faiz artması ölkə iqtisadiyyatının
çoxşaxəli şəkildə
tərəqqisinə güclü
təkan verir. İnflyasiya da aşağı səviyyədədir
- cəmi 1,4 faiz. Əhalinin pul gəlirləri isə 4,8 faiz
artıb, yəni inflyasiyanı 3 dəfədən
çox üstələyib
ki, bu da
əhalinin rifah halının ilbəil yaxşılaşması deməkdir.
Artıq
Azərbaycanda orta aylıq əməkhaqqı
450 manata yaxınlaşıb.
Bundan başqa, ölkəmizin valyuta ehtiyatları 50 milyard dolları ötüb.
Bu gün dünyada
iqtisadi, maliyyə və siyasi böhrana düçar olmuş, iqtisadiyyatı
tam iflasa uğramış
elə ölkələr
var ki, onlara
investisiya qoyulmur. Azərbaycan
iqtisadiyyatına isə
təkcə keçən
il 27 milyard
dollar həcmində investisiya
yatırılıb. Onun 16 milyardı
daxili, 11 milyardı xarici sərmayədir.
Bu, ölkəmizdəki dinclik və əmin-amanlığın, Azərbaycanın
xarici investorlar üçün cəlbedici
olkəyə çevrilməsinin,
onların dövlətimizə
olan böyük inam və etimadının,
həmçinin qoyduqları
investisiyaların onlara
dividend gətirəcəyinə əminliklərinin nəticəsidir.
Bu həm də
onu göstərir ki, Azərbaycan artıq dünya iqtisadiyyatının ayrılmaz
bir parçasına çevrilib.
Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoru sanballı çəkiyə malikdir. Qeyri-neft sektoru
isə əsasən ölkə əhalisinin yarısının yaşadığı
bölgələrdə inkişaf
etdirilir. Bu, həm də region əhalisinin məşğulluğuna,
deməli, onların yaşayış səviyyəsinin
yaxşılaşmasına şərait yaradır.
Təkcə bir faktı qeyd edək ki, ötən
il regionlarda
410 sənaye, kənd təsərrüfatı, xidmət
və ticarət müəssisəsi istifadəyə
verilib. 530-dan çox müəssisənin
inşası isə davam edir. İl ərzində regionlarda həmçinin
190 tədris müəssisəsi,
60 tibb ocağı, 43
mədəniyyət və
digər sosial obyektlər tikilib, yaxud əsaslı təmir olunub.
Dövlət investisiyaları hesabına
Şəmkircay və
Taxtakörpü su anbarlarının tikintisinin
başa çatması,
həmçinin son illər
600 kilometr uzunluğunda
suvarma kanallarının,
136 kilometr uzunluğunda
kollektor-drenaj şəbəkələrinin
inşası, 365 subartezian
quyusunun qazılması
da region əhalisinin təsərrüfat və
məişət problemlərinin
həllində mühüm
rol oynayır. Ötən il
də meliorasiyanın
inkişafına ayrılan
dövlət vəsaitinin
həcmi və əsaslı kapital qoyuluşu əvvəlki illərlə müqayisədə
xeyli artmışdır.
Şoranlaşmış sahələrdə
meliorasiya işləri
apararaq həmin sahələri əkin üçün yararlı
hala salmaq, mövcud suvarma sistemlərini təkmilləşdirmək
üçün Azərbaycanın
yeni meliorasiya və suvarma proqramları var və dövlətin ayırdığı maliyyə
vəsaitləri hesabına
həmin proqramların
icrası bu il də
davam edəcək. Şəmkirdə yaradılan özəl
pilot Aqroparkında isə
kənd təsərrüfatı
məhsullarının istehsalı,
emalı, qablaşdırılması,
loqistik xidmətlərin
göstərilməsi və
hazır malların satışı üçün
ölkə bazarına
çıxarılması, eləcə də ixrac edilməsi prosesinin təşkili nəzərdə tutulub.
Bundan savayı, kənd təsərrüfatına
yararlı torpaqlardan və su resurslarından
səmərəli istifadə
edilməsi məqsədilə
dövlətin dəstəyi
ilə 12 rayonda 30 min hektardan artıq sahədə 19 iri fermer təsərrüfatı
yaradılır. Hazırda iri
fermer təsərrüfatlarında
məhsuldarlıq hər
hektardan 55 sentnerə çatır ki, bu da ölkə
üzrə orta məhsuldarlıqdan azı
2 dəfə çoxdur.
Ötən il həmçinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına reallaşan layihələr 12500-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. Bu il daha 81 müəssisənin istifadəyə verilməsi nəzərdə tutulub.
Ötən il əhalinin məşğulluq səviyyəsi də xeyli artmış, 123 min yeni iş yeri yaradılmış, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq səviyyəsi isə 5 faizə enmişdir.
Qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi torpağın hər qarışından düzgün və səmərəli istifadə etməyə, məhsuldarlığı xeyli artırmağa, kənd təsərrüfatı sahəsində daha yüksək nailiyyətlər əldə etməyə, əhalinin məşğulluq səviyyəsini yüksəltməyə və bütövlükdə ərzaq təhlükəsizliyini təmin etməyə imkan yaradır. Prezidentin qeyd etdiyi kimi, “Azərbaycan dünya iqtisadiyyatına çoxdan inteqrasiya edib, biz dünya iqtisadiyyatının bir parçasıyıq, belə uğurlu mənzərəni təmin etmək üçün, əlbəttə, böyük səylər göstərilməli, uzunmüddətli, düşünülmüş siyasət aparılmalı idi. Biz buna planlı, əsaslı şəkildı nail ola bilmişik. Bu nəticələr deməyə əsas verir ki, Azərbaycan bundan sonrakı illərdə də uğurla inkişaf edəcək”.
Zeynal VƏFA,
Azərbaycan.-2015.- 25 yanvar.- S.2.