N.U.Məhərrəmovun Azərbaycan
Respublikası Milli
Televiziya və Radio
Şurasının üzvü təyin edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Nuşirəvan Umud oğlu Məhərrəmov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 26 yanvar 2015-ci il
Azərbaycan.-2015.- 27 yanvar.- S.1.