Təhsil naziri Kürdəmirdə
vətəndaşları qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə uyğun
olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin
bölgələrdə vətəndaşların qəbulu cədvəlinə
əsasən, yanvarın 26-da təhsil naziri Mikayıl Cabbarov
Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində
vətəndaşları qəbul edib.
AzərTAc
xəbər verir ki, nazirliyin müvafiq struktur rəhbərlərinin
də iştirak etdikləri qəbulda Kürdəmir,
Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl
rayonlarından olan 57 nəfər vətəndaş iştirak
edib.
İnsanların
rahatlığının təmin olunması məqsədilə
nazirliyin “Qaynar xətt” və “Elektron müraciət” xidmətləri
vasitəsilə hər kəsə qabaqcadan qəbula
yazılmaq imkanı da yaradılıb. Qəbula yazılma qəbul
başlanandan bir saat sonrayadək davam edib.
Qəbul
zamanı hər bir vətəndaş diqqətlə dinlənilib.
Müraciətlər əsasən işədüzəltmə,
tədris müəssisələrində yaş həddi,
iş yerinə bərpa olunma, dərs saatlarının
artırılması, təhsil haqqında sənədlərin
tanınması, tədris müəssisələrinin
maddi-texniki bazasının yaxşılaşdırılması,
təhsil haqqının ödənilməsi və bir sıra
digər məsələlərlə bağlı olub.
Müraciətlərin
çoxu yerindəcə həll edilib.
Araşdırılması zəruri hesab olunan bəzi
müraciətlərlə əlaqədar nazirliyin müvafiq
strukturlarına konkret tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə
aid olmayan müraciətlər isə müvafiq qurumlara
çatdırılmaq üçün qeydiyyata alınıb
və nəzarətə götürülüb.
Vətəndaşlar
bölgələrdə bu cür qəbulların keçirilməsinin,
onların rahatlığının təmin olunmasının
təşəbbüsçüsü olan Prezident İlham
Əliyevə minnətdarlıqlarını bildiriblər.
Azərbaycan.-2015.- 27 yanvar.- S.4.