Ümummilli problemə dair dəyərli tədqiqat əsəri

 

 

Erməni yalanlarının ifşası ilə bağlı çoxsaylı elmi-tədqiqat işlərinin aparılması onların çap edilərək dünya ictimaiyyətinə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Unutmaq lazım deyil ki, ermənilər öz məkirli siyasətlərini məhz yalan uydurma təbliğat vasitələri ilə aparırlar. Üstəlik, bu istiqamətdə tarixi ictimai reallıqları saxtalaşdırmaqdan da çəkinmirlər. Nəzərə alsaq ki, 2015-ci ildə dünya erməniləri saxta ermənisoyqrımı”nın 100 illiyini qeyd etməyə hazırlaşır, o zaman onların yalan təbliğatının da artacağını nəzərə almalıyıq. Məhz bu istiqamətdə Azərbaycan tədqiqatçıları Qarabağ münaqişəsilə əlaqədar müxtəlif mövzulu elmi-tədqiq işləri aparmalı onları bir çox dillərə tərcümə edərək dünyaya çatdırılmasını intensivləşdirməlidirlər.

Doğrudur, son 20 ildə bu istiqamətdə bir çox alim tədqiqatçılarımız diqqətəlayiq əsərlər ərsəyə gətiriblər. Qeyd edək ki, Qarabağ mövzusunda Azərbaycanın mövqeyini əks etdirən yerli xarici müəlliflərin imzası ilə bir çox əsərlər yazılsa belə, hələ kifayət deyil. Bununla yanaşı, hər il əlaqədar mövzuda yeni-yeni tədqiqatlar aparılır onların nəticəsi olaraq elmi əsərlər çap edilir. Bu əsərlərdən biri Bilal Dədəyev, Ceyhun Mahmudlu Şamxal Əbilovun müəllifliyi ilə yenicə çapdan çıxmışQarabağ 99 sualdakitabıdır.

Kitabın əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəmiyyətimizi dünya ictimaiyyətini dolğun məlumatlandırmaqdır. Əsərdə münaqişə ilə bağlı istər tarixi, istər hüquqi istərsə konfliktin həll edilməsi prosesinin tam olaraq əhatə olunduğunu görmək mümkündür. Burada mövzular bir-birində müstəqil olaraq sual-cavab şəklində işlənmiş oxucuların diqqətinə çatdırılmışdır. Oxucular bütün kitabı oxumadan belə, onları maraqlandıran suallara verilən cavablardan bəhrələnməklə axtardıqları problemlərin mahiyyətini öyrənə bilərlər. Kitabın bu formatı onu münaqişə ilə əlaqədar yazılmış yığcam ensiklopedik xüsusiyyətini ortaya qoyur.

Təqdim olunan əsər öncə məlumat xarakteri daşıma təəssüratı yaratsa da, kitabı oxuduqdan sonra onun elmi dəyərinin yüksək olduğuna şübhə qalmır. Müəlliflər elminobyektivolma tələbini maksimum dərəcədə diqqətə almağa çalışıb bunu istifadə etdikləri yazı üslubunda da açıq-aşkar müşahidə edirik. Kitabda yüzlərlə elmi digər mənbələr qaynaq kimi göstərilmiş, üstəlik, tərəfsiz eyni zamanda, xarici müəlliflərin işlərinə istinad edilmişdir. Demək olar ki, münaqişə ilə bağlı mövcud olan əksər ədəbiyyat müəlliflər tərəfindən diqqətə alınmış, kitabın yazılmasında istifadə edilmişdir. Bu isə əsərin mənbəşünaslıq baxımından zənginliyini göstərən amillərdəndir. Kitabın elmi dəyərini artıran digər faktor isə təqdim olunan sual cavabların kiçildilmiş elmi məqalələr formasında verilməsi həmin elmi məqalələrin isə tələb olunan kriteriyalar diqqətə alınmaqla yazılmasıdır. Təqdim olunan hər bir sual münaqişə ilə əlaqədar konkret aktual məsələləri özündə cəmləşdirir mövcud olan problemləri ortaya çıxarır. Məhz bu baxımdan kitab əlaqədar mövzuda araşdırma aparan tədqiqatçılar üçün ciddi istinad mənbəyi kimi istifadə oluna bilər. Burada verilən mövzular ayrı-ayrılıqda bir tədqiqatın mövzusu ola bilməklə yanaşı, genişləndirilərək yeni elmi işlərin ortaya çıxmasına da imkan yaradır.

Kitab elmi üslubda yazılsa da, əslində, ictimai statusundan asılı olmayaraq Dağlıq Qarabağ münaqişəsi ilə maraqlanan bütün oxucular ondan bəhrələnə bilərlər. Burada qədim dövrlərdən başlayaraq günümüzə qədər olan tarixi, siyasi, hüquqi ictimai proseslər ardıcıl olaraq verilmişdir.

Müəlliflər tarixi prosesləri xronoloji qaydada təqdim edərək Qarabağın etnogenezinin formalaşmasını, bu bölgədə yaşayan xalqların mənşəyini ümumi olaraq qəbul edilmiş nəzəriyyələr əsasında təqdim edərək ərazinin qədim türk xalqlarının doğma vətəni olduğunu sübut etməyə çalışıblar. Bu istiqamətdə əsasən Azərbaycanın qəbul etdiyi nəzəriyyələr əsas olaraq alınmış mövcud məsələlər işıqlandırılmışdır. Tarixi perspektivdən baxılaraq Qarabağın ümumiyyətlə, Cənubi Qafqazın xarici işğalçılar, xüsusilə çar Rusiyası tərəfindən işğal edilməsi kimi məsələlər təhlil edilmiş, bu proseslərin münaqişənin ortaya çıxmasına təsir imkanları qabardılmışdır. Kitabda müəlliflər yalnız qədim orta əsrlərlə əlaqədar tarixi prosesləri göstərməklə kifayətlənməmiş, münaqişənin ortaya çıxmasına təsir edən sovet dövrü hadisələrini incələnmiş mövcud həqiqətlər ortaya qoymuşlar.

Qarabağ 99 sualdakitabında münaqişənin hüquqi tərəfləri hərtərəfli təhlil edilmiş, müxtəlif dövrlərdə qəbul edilmiş SSRİ Konstitusiyası digər hüquqi aktlar həm xalqların öz müqəddəratını təyin etmə, həm dövlətlərin ərazi bütövlükləri prinsipləri perspektivindən analiz edilmişdir. Burada ümumi olaraq belə bir nəticəyə gəlinir ki, hüquqda mövcud olan ierarxiya diqqətə alınaraq Sovet İttifaqının Konstitusiyası əsas götürülməlidir ki, onun prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün dəyişdirilməsi qeyri-qanuni hesab edilir. Bundan başqa, kitabda münaqişənin tərəfləri çərçivəsində işğalçı tərəf beynəlxalq hüquqda mövcud olan anlayışlar diqqətə alınaraq müəyyənləşdirilir, Ermənistanın Dağlıq Qarabağ ermənilərinin mövqeyi irridentis qonşu dövlətin ərazi bütövlüyünü pozan tərəflər olaraq qiymətləndirilir. Bununla yanaşı, beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul edilmiş qətnamələr, digər hüquqi sənədlərin təhlili öz əksini tapmışdır. O cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etmiş olduğu 822, 853, 874 884 saylı qətnamələr ayrı- ayrılıqda incələnmiş, onların mahiyyətilə yanaşı, sanksiya tətbiq etmə xüsusiyyətləri öyrənilmişdir.

Kitabı maraqlı edən digər xüsusiyyətlərdən biri isə münaqişə başlayandan bu günə qədər aparılmış sülhyaratma təşəbbüslərinin və cəhdlərinin ayrı-ayrılıqda təhlil edilməsi, ardıcıllıq diqqətə alınaraq bir-birlərinə təsirlərinin müəyyənləşdirilməsidir. Xüsusilə, münaqişədə əsas sülhyaratma missiyasını daşıyan ATƏT-in Minsk qrupunun faydasız və uğursuz fəaliyyəti qiymətləndirilmiş, obyektiv amillər diqqətə alınaraq tənqid edilmişdir. Burada xüsusi olaraq regionda maraqları olan dövlətlərin - Rusiya, Türkiyə, İran, ABŞ və Avropa İttifaqının rolu və mövqeləri də prosesə təsir edən amil kimi qəbul edilmişmövcud praktika və mexanizmlər yada salınaraq bu kimi dövlətlərin münaqişələrin həllində öz milli maraqlarını diqqətə alaraq fəaliyyət göstərdikləri iddia edilmişdir.

Kitab münaqişəni ciddi bir nəzəri əsaslar üzərində təqdim edir. Burada, xüsusilə konfliktalogiya elmində mövcud olan nəzəri əsaslar diqqətə alınmış, münaqişənin adlandırılmasından tutmuş onun başlama və həllinin çətin olması səbəbləri məhz həmin çərçivələrdə təhlil edilmişdir. Müəlliflər belə bir nəticəyə gəlirlər ki, tərəflərin mövqeyindən asılı olmayaraq bu münaqişə ilə əlaqədar bütün faktlar diqqətə alındıqda onu dövlətdaxili deyil, dövlətlərarası; etnik deyil, ərazi və irridentist münaqişə adlandırmaq lazımdır. Münaqişənin necə adlanması beynəlxalq ictimaiyyətin ona münasibətini müəyyənləşdirən ən əsas amillərdən biridir. Məsələn, beynəlxalq ictimaiyyət əgər etnik münaqişədə separatçılara loyal münasibət bəsləyirsə, dövlətlərarası, irridentist və ərazi münaqişələrində separatçılara dözümsüz yanaşır və problemin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir.

Ən sonda bir təqdirəlayiq faktı da qeyd edim ki, “Qarabağ 99 sualda” kitabı ən qısa zamanda başqa dillərə, xüsusən də ingilisrus dillərinə tərcümə ediləcək. Nəzərə almaq lazımdır ki, bu istiqamətdə düşmənlərimiz dayanmır və müntəzəm şəkildə haqsız olmalarına baxmayaraq, öz səslərini müxtəlif beynəlxalq tribunalardan səsləndirirlər və görünən odur ki, bu fəaliyyətlərini hələ uzun müddət davam etdirəcəklər. Belə olduqda isə biz daha da intensiv çalışaraq haqq səsimizi faktlara və tarixə söykənən əsərlər yazmaqla dünyaya çatdırmalıyıq.

 

Elman MƏMMƏDOV,

Milli Məclisin deputatı, Dağlıq Qarabağ Bölgəsinin

 Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü

Azərbaycan.-2015.- 27 yanvar.- S.5.