Azərbaycanın xarici
işlər naziri Krakovda
İsrailin milli
infrastruktur, enerji və
su təchizatı naziri ilə görüşüb
Osvensimin
azad olunmasının 70 illiyi ilə bağlı anma mərasimində
iştirak etmək üçün Polşanın Krakov şəhərində
səfərdə olan Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov yanvarın 27-də İsrailin milli
infrastruktur, enerji və su təchizatı naziri Silvan Şalon
ilə görüşüb.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirilib ki, görüşdə iki ölkə
arasındakı əlaqələrin mövcud
inkişafından məmnunluq ifadə olunub.
Söhbət
zamanı iqtisadi əlaqələrin inkişaf etdirilməsi və
su təchizatı, səhralaşmanın
qarşısının alınması istiqamətində əməkdaşlıq
məsələləri barədə fikir mübadiləsi
aparılıb.
Silvan
Şalon Azərbaycanın Osvensimin azad edilməsinin 70 illiyinə
həsr olunan anma mərasimində iştirakının
yüksək qiymətləndirildiyini qeyd edib, buna görə
təşəkkürünü bildirib.
Azərbaycan.-2015.- 28 yanvar.- S.5.