Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin

 əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin:

Həsənov Vəzir Həsən oğlu -  Sumqayıt Baş Gömrük İdarəsinin rəisi

Süleymanov Vurğun Elxan oğlu - Baş Gömrük Mühafizə Xidmətinin rəisi

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 28 yanvar 2015-ci il

Azərbaycan.-2015.- 29 yanvar.- S.1.