Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 15                           Bakı şəhəri, 26 yanvar 2015-ci il

 

 

“Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 330 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 78 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 5, maddə 359; 2005, ¹ 1, maddə 49, ¹ 9, maddə 855) ilə təsdiq edilmiş “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”nın 2.2-ci bəndinin ikinci abzası çıxarılsın və aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. Meşə qanunvericiliyinə riayət edilməsini, meşə fondunun səmərəli istifadəsini, meşələrin qanunsuz qırılmadan qorunmasını təmin etmək üçün müəyyən olunmuş qaydada dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 29 yanvar.- S.2.