Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 14                           Bakı şəhəri, 26 yanvar 2015-ci il

 

 

“Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 330 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli 15 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 2, maddə 114; 2005, ¹ 1, maddə 49, ¹ 6, maddə 558; 2006, ¹ 4, maddə 370; 2007, ¹ 4, maddə 390; 2014, ¹ 7, maddə 924) ilə təsdiq edilmiş “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissənin ikinci abzasından “Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti,” sözləri çıxarılsın.

2. 3-cü hissənin birinci abzasında “orqanları öz səlahiyyətləri daxilində” sözləri “orqanı” sözü ilə və “keçirirlər” sözükeçirirsözü ilə əvəz edilsin.

3. 4-cü hissənin birinci abzasının üçüncü cümləsində “müvafiq orqanların rəhbərləri” sözləri “orqanın rəhbəri” sözləri ilə əvəz edilsin.

4. 5-ci hissənin birinci abzasında “orqanlar öz səlahiyyətləri daxilində” sözləri “orqansözü ilə və “malikdirlər” sözümalikdirsözü ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 29 yanvar.- S.2.