Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 fevral tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 13                           Bakı şəhəri, 26 yanvar 2015-ci il

 

 

“Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 330 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 fevral tarixli 16 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 2, maddə 141; 2005, ¹ 1, maddə 49, ¹ 6, maddə 558; 2006, ¹ 4, maddə 370) ilə təsdiq edilmiş “Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissədə “və öz səlahiyyətləri daxilində Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər” sözləri “həyata keçirir” sözləri ilə əvəz edilsin.

2. 5-ci hissənin birinci abzasında “, Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yerli nümayəndələrinin” sözləri “yerli qurumlarının” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 29 yanvar.- S.2.