“Azərbaycan Respublikasında baytarlıqla
bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli
qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 12 Bakı şəhəri,
22 yanvar 2015-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 3, maddə 293; 2009, ¹ 1, maddə 34; 2014, ¹ 7, maddə 934) ilə təsdiq edilmiş “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissədə “trixinelyoz” sözündən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və həmin hissəyə aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:
“şmallenberq virusu.”.
2. 2-ci hissədə “kontagioz plevropnevmoniya” sözlərindən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və həmin hissəyə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
“yoluxucu nodulyar
dermatit.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 29 yanvar.- S.2.