“Mülki dövriyyəsi
məhdudlaşdırılmış əşyaların
dövriyyəsinə və onun şərtlərinin
gözlənilməsinə nəzarət Qaydaları”nın və
“Fəaliyyət növlərinin xüsusiyyətindən
asılı olaraq mülki
dövriyyəsi məhdudlaşdırılmış əşyaların
dövriyyəsi üçün tələb
olunan əlavə Şərtlər”in təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli
qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 11 Bakı şəhəri,
16 yanvar 2015-ci il
“Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 335 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 5, maddə 464; 2007, ¹ 8, maddə 852, ¹ 12, maddə 1336; 2008, ¹ 1, maddə 39; 2014, ¹ 7, maddə 935) ilə təsdiq edilmiş “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.2. Xüsusi icazə sahiblərinin (sahibkarlar istisna olmaqla) fəaliyyətinin əşyaların dövriyyəsi şərtlərinə uyğunluğunun yoxlanılması məqsədi ilə ildə bir dəfə növbəti yoxlamalar aparılır.”.
2. 2.4-cü bənddə “Növbədənkənar” sözü “Sahibkar olmayan xüsusi icazə sahiblərində növbədənkənar” sözləri ilə əvəz edilsin.
3. 2.4.1-ci yarımbənddə “dövlət orqanlarının” sözləri “dövlət və yerli özünüidarəetmə orqanlarının” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 29 yanvar.- S.2.