Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 mart tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmişTexniki təhlükəsizlik ekspertizasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 9                             Bakı şəhəri, 16 yanvar 2015-ci il

 

 

Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1047-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 818 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 mart tarixli 67 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 221; 2002, № 11, maddə 675; 2006, № 9, maddə 822) ilə təsdiq edilmişTexniki təhlükəsizlik ekspertizasının keçirilməsi Qaydaları”nın 2.3.3-cü yarımbəndinin “ç” abzasına “təsdiq edilir” sözlərindən sonra “(“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqındaAzərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 29 yanvar.- S.2.