Şəki şəhərinin 2030-cu ilə
qədərki dövrdə inkişafına
dair “Şəki şəhərinin
Baş planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 7
Bakı şəhəri, 12 yanvar 2015-ci il
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən, “Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 12 sentyabr tarixli 1710 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Şəki şəhərinin 2030-cu ilə qədərki dövrdə inkişafına dair “Şəki şəhərinin Baş planı” təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 29 yanvar.- S.2.