AŞPA-nın iclasında Xocalı
soyqırımından bəhs edilib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının yanvarın 28-də keçirilən yığıncağında ermənilər yenə ölkəmizə qarşı qara yaxmağa cəhd göstəriblər. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva onların yalanlar üzərində qurulan çıxışlarına cavab olaraq Xocalı soyqırımı zamanı ermənilərin törətdikləri vəhşiliklərdən söhbət açıb.
Bir ay sonra Xocalı soyqırımının 23-cü ildönümünün qeyd olunacağını xatırladan deputat insanlıq əleyhinə bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi üçün AŞPA-nı addımlar atmağa, səyləri artırmağa çağırıb.
Q.Paşayeva deyib ki, hansı üzv ölkənin ərazisində baş verməsindən asılı olmayaraq terrora,
soyqırımına və qətliama qarşı eyni mövqe sərgilənməlidir.
Amma təəssüf ki,
biz bunu görmürük. Xocalıda aralarında
uşaqların, qadınların da olduğu yüzlərlə dinc
insan amansızlıqla qətlə yetirildi, ağır yaralandı, onlarla insan girov
götürülərək işgəncələrə məruz
qoyuldu. Amma təəssüf
ki, biz avropalı siyasətçilərin,
liderlərin bir çoxundan
bunu pisləyən, öz
etirazını bildirən açıqlamalar eşitməmişik.
Bu cinayəti törədənlər hələ
də qurumumuzun üzvü
olan Ermənistanda rahatlıqla gəzirlər
və ədalət qarşısında cavab
verməyiblər. Qətliama məruz qalmış
insanların ailələri sizi bu soyqırımını pisləməyə,
onu törədənlərin ədalət
qarşısında cavab verib
layiq olduqları cəzanı almaları
istiqamətində səylərinizi artırmağa
çağırırlar. Biz harada baş verməsindən
asılı olmayaraq günahsız
insanları qətlə yetirənlərin ədalət
qarşısında cavab vermələri üçün bərabər
çalışmalıyıq. Avropa məkanında,
bütün dünyada
gərginliyin azalmasını istəyiriksə bu
cür məsələlərdə ikili standartlara yol verilməməlidir.
Azərbaycan.-2015.- 29 yanvar.- S.4.
Əsgər
Əliyev
AzərTAc-ın
xüsusi müxbiri
Strasburq