Azərbaycan və Türkiyə xarici işlər nazirləri regional
və qlobal məsələlər
ətrafında fikir mübadiləsi aparıblar
Azərbaycan,
Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin
yanvarın 29-da Aşqabadda keçirilən üçtərəfli
görüşü çərçivəsində nazir
Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri
Mevlüt Cavuşoğlu ilə görüşüb.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirilib ki, görüşdə iki ölkə
arasındakı münasibətlərin mövcud səviyyəsini
yüksək qiymətləndirən tərəflər Azərbaycan-Türkiyə
əlaqələrinin dostluq və qardaşlıq xarakteri
daşıdığını xüsusi vurğulayıblar.
2015-ci ilin yanvarın 14-15-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə
səfəri zamanı müxtəlif səviyyələrdə
keçirilmiş görüşlər ikitərəfli
münasibətlərin daha da inkişafı baxımından
yüksək qiymətləndirilib.
E.Məmmədyarov
və M.Cavuşoğlu Azərbaycan, Türkmənistan və
Türkiyə xarici işlər nazirlərinin üçtərəfli
görüşünün regional əməkdaşlığın
inkişafı baxımından əhəmiyyətini qeyd ediblər.
Görüşdə,
həmçinin regional və qlobal məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2015.- 30 yanvar.- S.3.