Nəqliyyat nazirinin qəbulunda
vətəndaşların müraciətlərinin
bir
qismi yerində həllini tapıb
Mərkəzi
icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər
və rayonlarda vətəndaşların qəbulu cədvəlinə
uyğun olaraq yanvarın 30-da nəqliyyat naziri Ziya Məmmədov
Bərdə şəhərində Bərdə, Ağdam və
Tərtər rayonlarından olan vətəndaşları qəbul
edib.
AzərTAc
xəbər verir ki, Nəqliyyat Nazirliyinin digər struktur rəhbərlərinin
də iştirak etdikləri qəbulda vətəndaşların
nəqliyyat məsələləri ilə bağlı
müraciətlərinə baxılıb.
Müraciətlər
əsasən rayonlararası və kənddaxili yolların bərpası,
qəza vəziyyətində olan körpülərin təmiri,
eləcə də işə qəbul məsələləri
ilə bağlı olub. Bəzi müraciətlər yerindəcə
həll edilib. Qaldırılan bir sıra məsələlər
isə tədbir görülmək üçün nəzarətə
götürülüb.
Qəbulda
nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər
müvafiq orqanlara çatdırılmaq üçün
qeydiyyata alınıb.
Azərbaycan.-2015.- 31 yanvar.- S.2.