Rabitə və yüksək texnologiyalar naziri
Şirvan şəhərində vətəndaşları
qəbul edib
Yanvarın
30-da rabitə və yüksək texnologiyalar naziri Əli
Abbasov Şirvan şəhərində vətəndaşları
qəbul edib.
Rabitə
və Yüksək Texnologiyalar Nazirliyindən AzərTAc-a
bildiriblər ki, nazir Əli Abbasov qəbuldan əvvəl
Şirvan şəhərində dünya standartlarına cavab
verən yeni təmir olunmuş poçt şöbəsinin
açılış mərasimində iştirak edib.
Açılış
mərasimində, həmçinin Şirvan Şəhər
İcra Hakimiyyətinin rəhbərliyi, Dünya
Bankının nümayəndələri, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin struktur şöbələrinin
əməkdaşları iştirak ediblər.
Dünya
Bankı ilə birgə həyata keçirilən layihə
çərçivəsində poçt və abunə
şöbəsi ən müasir telekommunikasiya
avadanlıqları ilə təmin olunub.
Daha
sonra nazir Şirvan şəhərindən, Hacıqabul və
Saatlı rayonlarından olan vətəndaşları qəbul
edib.
Qəbulda
nazirliyin müvafiq struktur rəhbərlərinin
iştirakı da təmin olunub. Müraciətlərin operativ
araşdırılması və həlli məqsədilə
rayonların poçt şöbələrinin və
telekommunikasiya qovşaqlarının rəhbərləri ilə
videoəlaqə yaradılıb.
Qəbul
zamanı vətəndaşlar əsasən işlə təmin
olunmaq, internet, poçt, televiziya və radioyayım xidmətlərinin
keyfiyyətinin yaxşılaşdırılması və digər
məsələlərlə bağlı müraciətlər
ediblər.
Qaldırılan
məsələlərin əksəriyyəti yerindəcə
həllini tapıb. Araşdırılmaya ehtiyac olan bəzi
müraciətlər isə qeydiyyata götürülüb.
Onların operativ həlli üçün nazirliyin müvafiq
struktur rəhbərlərinə konkret tapşırıqlar
verilib.
Nazirliyin səlahiyyətlərinə
aid olmayan məsələlər
aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata
alınıb və nəzarətə götürülüb.
Azərbaycan.-2015.- 31 yanvar.- S.2.