Fövqəladə hallar
naziri Füzulidə vətəndaşları
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə əsasən,
mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin
bölgələrdə vətəndaşların qəbulu cədvəlinə
uyğun olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin
Heydərov yanvarın 30-da Horadiz şəhərində bu
bölgədən olan vətəndaşları qəbul edib.
AzərTAc
xəbər verir ki, Muğam Mərkəzində keçirilən,
nazirliyin müvafiq icra strukturu rəhbərlərinin də
qatıldıqları qəbulda Füzuli, Ağcabədi, Beyləqan
və Xocavənd rayonlarının sakinlərinin, habelə həmin
rayonlarda məskunlaşmış məcburi
köçkünlərin müraciətlərinə
baxılıb.
Vətəndaşlardan
21 nəfəri şəxsən nazir Kəmaləddin Heydərov
tərəfindən qəbul olunub. Bundan başqa, kadr məsələləri
ilə bağlı 116, digər məsələlərlə əlaqədar
müraciət etmiş 147 vətəndaş nazir müavinləri,
nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri
tərəfindən qəbul edilib.
Hər
bir müraciət diqqətlə dinlənilib. Vətəndaşların
müraciətlərinin bir qismi yerindəcə həllini
tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin
isə qanunvericiliyə uyğun, operativ həlli
üçün müvafiq struktur rəhbərlərinə
tapşırıqlar verilib.
Qəbulda
Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə
aid olmayan müraciətlər aidiyyəti qurumlara
çatdırılmaq üçün qeydiyyata alınıb
və bununla əlaqədar vətəndaşlar arasında ətraflı
izahat aparılıb.
Qəbula
gələn rayonların sakinləri nazirlə birbaşa
görüş üçün yaradılmış şəraitdən
razılıqlarını bildirib və bölgələrdə
bu cür qəbulların təşəbbüskarı
Prezident İlham Əliyevə minnətdarlıqlarını
bildiriblər.
Azərbaycan.-2015.-31 yanvar.-S.2.