Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının

 sədri Zərdabda vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.

AzərTAc xəbər verir ki, qəbul cədvəlinə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə yanvarın 30-da Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində Zərdab, Ağcabədi, Ağdam, Beyləqan, İmişliFüzuli rayonlarından olan vətəndaşları qəbul edib.

Müraciətlər əsasən dərsliklərin və testlərin hazırlanması, sınaq imtahanlarının sayının artırılması, gənclərin xarici ölkələrdə təhsil imkanları, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və s. məsələlərlə əlaqədar olub.

Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Müraciətlərin çoxu yerindəcə öz həllini tapıb. Araşdırılması zəruri olan bəzi məsələlər qeydiyyata alınıb, həlli ilə bağlı müvafiq şəxslərə konkret tapşırıqlar verilib.

TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlər isə müvafiq qurumlara göndərilmək üçün qeydiyyata götürülüb.

Vətəndaşlar bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan.-2015.- 31 yanvar.- S.2.