Ekologiya və təbii sərvətlər
naziri Sabirabadda vətəndaşlarla
görüşüb
Prezident
İlham Əliyevin tapşırıq və tövsiyələrinə
əsasən, mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri bölgələrdə
vətəndaşların qəbulunu keçirir, onların
müxtəlif məsələlərlə bağlı
müraciətlərinin, ərizə və şikayətlərinin
həll olunması üçün müvafiq tədbirlər
görürlər.
Mərkəzi
icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər
və rayonlarda vətəndaşların qəbulu cədvəlinə
uyğun olaraq,
yanvarın
30-da ekologiya və təbii sərvətlər naziri
Hüseynqulu Bağırov Sabirabad şəhərindəki
Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı,
Hacıqabul rayonlarında və Şirvan şəhərində
yaşayan vətəndaşlarla görüşüb.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən
AzərTAc-a bildiriblər ki, idarə və departamentlərin, həmçinin
tabeli qurumların rəhbərlərinin də iştirak etdikləri
qəbulda ətraf mühitin və ekoloji tarazlığın
mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik,
geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə
bağlı 50-yə yaxın vətəndaşın
müraciətinə baxılıb.
Qəbul
zamanı H.Bağırov vətəndaşların müraciətlərini,
şikayət və təkliflərini dinləyərək hərtərəfli
öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq
tədbirlərin görülməsi üçün nazirliyin
müvafiq strukturlarının rəhbərlərinə konkret
tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən
verilən müxtəlif təkliflər qeydə
alınıb, onları narahat edən şikayət xarakterli
müraciətlər araşdırılaraq müvafiq tədbirlərin
görülməsi üçün nəzarətə
götürülüb.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət
dairəsinə aid olmayan müraciətlər isə
müvafiq qurumlara çatdırılmaq üçün
qeydiyyata alınıb.
Azərbaycan.-2015.- 31 yanvar.- S.2.