AMEA-nın Gənc Alim və Mütəxəssislər

 Şurasının hesabat-seçki konfransı keçirilib

 

 

 

Yanvarın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında bu qurumun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 2014-cü il üzrə birinci hesabat-seçki konfransı keçirilib.

AzərTAc xəbər verir ki, konfransda GAMŞ-ın sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Famin Salmanov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, şuranın akademiyanın nəzdindəki 42 təşkilatında yerli eyniadlı şuraları və ümumilikdə 3 minə yaxın üzvü var. Ölkəmizdə həyata keçirilən elm və gənclər siyasəti, bu sahədəki fəaliyyətin daha səmərəli olmasına yönəlib. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul olunması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi kimi mühüm tədbirlərin həyata keçirilməsi Prezident İlham Əliyevin müasir gəncliyə və gənc alimlərə diqqətinin parlaq nümunəsidir.

AME-da aparılan uğurlu gənclər siyasətindən danışan F.Salmanov elmimizin inkişafı və dünya elminə inteqrasiyasında gənc alimlərin rolunu artırmaq üçün akademiyada kompleks tədbirlərə start verildiyini bildirib. Qeyd olunub ki, hesabat ilində elmin regionlarda təbliği məqsədilə respublika üzrə “Bu günün şagirdi və sabahın alimi”, “Əyləncəli elmkimi layihələrin icrasına başlanıb, “Məntiqlə düşün” adlı olimpiada, paytaxtregionlarda fənn olimpiadaları keçirilib. “Ən son elmi nailiyyətlərimiz” adlı ümumrespublika elmi seminarları da şuranın gördüyü işlər sırasındadır.

Bildirilib ki, ölkəmizdə ilk dəfə keçirilən “Bakı Elm Festivalı-2014”-ün hazırlıq prosesinə gənc alimlərin də cəlb edilməsi AMEA rəhbərliyinin GAMŞ-a olan inam və etibarının bariz nümunəsidir. Bununla yanaşı, hesabat ilində GAMŞ nümayəndələri Rusiya Elmlər Akademiyasının, Türkiyə Elmlər Akademiyasının Gənc Alimlər şuralarının nümayəndələri ilə görüşlər keçirib və gələcək əməkdaşlığa dair müqavilə imzalayıblar.

Konfransda gənc alimlər çıxış edərək hesabatla bağlı fikirlərini bölüşüblər.

GAMŞ-ın yaradılmasını mühüm hadisə olduğunu bildirən gənclər və idman naziri Azad Rəhimov qısa müddətdə intellektual gəncliyin elmi, elmi-təşkilati və ictimai fəaliyyətində müsbət dəyişikliklərin baş verdiyini vurğulayıb. Nazir elmin təbliğində, innovativ əlaqələndirmədə, beynəlxalq münasibətlərin qurulmasında gənc alimlərin fəaliyyətini yüksək dəyərləndirib. A.Rəhimov nazirlikşura arasında əlaqələrin daha da genişləndirilməsi üçün işlərin davam etdiriləcəyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev EİF-in gənc alim və mütəxəssislər üçün keçirdiyi qrant müsabiqələri və layihələrdən söz açıb. Rəhbərlik etdiyi qurumun gənclərə hər zaman dəstək göstərməyə hazır olduğunu vurğulayan E.Babayev GAMŞ-ın fəaliyyətinə uğurlar arzulayıb.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək qurumun hesabatını müsbət dəyərləndirib. O, dövlət gənclər siyasətindən, AMEA-da intellektual gəncliyin formalaşdırılmasından, bu istiqamətdə görülən işlərdən danışıb. Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını xatırladan akademik A.Əlizadə bildirib ki, ölkənin gələcək strateji inkişaf xəttini müəyyənləşdirən bu sənəddə intellektual sərvətin qorunması vacib şərtlərdən biri kimi qeyd olunub. Bu baxımdan Konsepsiya digər sahələrlə yanaşı, Azərbaycan gəncliyi, xüsusən intellektual gənclik qarşısında daha çox vəzifələr qoyur.

GAMŞ-ın qarşısında duran əsas vəzifələrdən danışan akademik A.Əlizadə Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” 2010-cu il 9 fevral tarixli Sərəncamını xatırladıb. Qeyd olunub ki, dövlət tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına AMEA-nın institutlarında fəaliyyət göstərən istedadlı gənc alimlər Fransa, Almaniya, Belçika, İsveçrə və digər inkişaf etmiş ölkələrin müvafiq elmi mərkəzlərində təcrübə keçiblər.

Ölkə rəhbərliyinin birbaşa dəstəyi ilə AMEA-da magistratura təhsilinin təşkil olunduğunu diqqətə çatdıran akademik A.Əlizadə doktorantura təhsil sisteminin yeni prinsiplər əsasında qurulması istiqamətində də kompleks tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Cari ildə akademiyanın 70 illik yubileyinin qeyd olunacağını vurğulayan AMEA-nın prezidenti bu elm məbədinin gələcək uğurlarının gənclərin elmə yanaşmasından, dünyanın qabaqcıl elmi təcrübələrini mənimsəmə və inkişaf etdirməsindən asılı olduğunu söyləyib, şuraya fəaliyyətində uğurlar arzulayıb.

Sonda şuranın tərkibinə yeni üzvlər seçilib.

 

 

Azərbaycan $g 2015.- 31 yanvar.- S.3.