“Kitabi-Dədə Qorqud” və Fridrix fon

 Dits – 200” beynəlxalq kollokviumu başa çatıb

 

Yanvarın 31-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və BSU-nun birgə təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” beynəlxalq kollokviumun bağlanış mərasimi olub.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, ikigünlük beynəlxalq kollokviumda müxtəlif ölkələrdən məşhur qorqudşünaslar, türkoloqlar, nəşriyyat rəhbərləri, araşdırmaçılar iştirak ediblər.

Kollokvium çərçivəsində aparılan müzakirələr nəticəsində iştirakçıların təklifləri nəzərə alınmaqla “Kitabi-Dədə Qorqud” dastanının araşdırılması və ilboyu təbliğatının aparılmasının konkret proqramı müəyyənləşdirilib.

Bağlanış mərasimində çıxış edən yerlixarici mütəxəssislər, alimlər tədbirin əhəmiyyətini, onun nəticələrinin uğurlu olacağını qeyd ediblər. Natiqlər xalqlar və mədəniyyətlər arasında mənəvi körpü rolunu oynayan bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.

 

 

Azərbaycan.-2015.- 1 fevral.- S.3.