İlham ƏLİYEV: “Sizin
kimi övladlar vətənin
şöhrətini ucaldırlar”
Ali Baş Komandan daim əsgərinin
yanındadır
İşğal etdikləri torpaqlarımızı
nəzarətdə saxlamaq
iddialarından əl çəkmək istəməyən
ermənilər bir neçə gün əvvəl növbəti
silahlı təxribat törətdilər. Hərbi mövqelərimizə hücum etdilər, kəndləri, bu kəndlərin dinc sakinlərini atəşə
tutdular. Bundan bir az əvvəl Azərbaycan-Ermənistan
sərhədində - Qazax
rayonu istiqamətində
təxribat törətmişdilər.
Orada da hərbçilərimiz
şəhid olmuşdu.
Bu ayın ilk günlərindən isə
təmas xəttində
vəhşiliklərini davam
etdirdilər. Bütün
beynəlxalq hüquq normalarını və insanlıq qanunlarını
pozaraq mülki əhaliyə top və qumbaraatanlardan atəş açdılar.
İstər-istəməz bir atalar sözü yada düşür: “İlanın başı ağrıyanda yol üstünə çıxar”.
Yerində dinc yatmayanda,
sürünə-sürünə gəlib kiminsə yolunu kəsəndə isə onun müqəddəratının
necə olması məlumdur. Təbii ki, vurub başını əzirlər.
İşğalçı ermənilərin başı
kimi...
“Azərbaycan Ordusu
bu dəfə də düşmənə
yerini göstərdi, onu yerinə oturtdu. Bu gün də biz tam üstünlüyü
əldə etmişik.”
Azərbaycan Prezidentinin,
Ali Baş Komandan İlham Əliyevin bu sözlərinin arxasında necə böyük şücaətin,
mərdliyin, vətənpərvərlik
nümunəsinin, torpaq
sevgisinin dayandığını
bütün dünya gördü. Azərbaycan oğlunun, Azərbaycan
əsgərinin öz
sərkərdəsinin əmri,
dəstəyi və rəhbərliyi ilə nəyə qadir olduğu çox qısa bir zaman
kəsiyində meydanda
bir daha tam dolğunluğu ilə təsdiqləndi.
Oğul Vətən üçün,
torpağını qorumaq
üçün doğulur. Bu məslək uğrunda ölümü hər igid özünə şərəf və səadət sayır.
Yeni qəhrəmanlıq dastanı
yazan Azərbaycan oğlu son günlərdə
ata-babalarının bu
müqəddəs ənənəsinə
sadiq olduğunu sübut etdi.
Amma son günlərdə
bir daha təsdiqlənən, dönə-dönə
sübuta yetirilən yalnız bu deyildi. Azərbaycan xalqının öz
Prezidentinə sədaqəti,
Azərbaycan əsgərinin
Ali Baş Komandanına
ehtiramı idi. Prezident İlham Əliyevin insanlara qayğısı,
döyüşçülərə inamı idi.
Bu günlərdə xalqla
Prezidentin birliyi, bir-birinə sədaqəti,
sevgisi, bir-birini qarşılıqlı surətdə
başa düşməsi,
dəyərləndirməsi, qiymətləndirməsi hamıya
bir daha bəlli oldu. Son hadisələr onların bir istiqamətdə getməsi, eyni arzu və məqsədlə
yaşamasının əsl
nümayişinə çevrildi.
Bu dar macalda dövlət başçısı,
Ali Baş Komandan dərhal vaxt tapıb hospitala gəldi. Torpaq uğrunda qan
axıtmış yaralı
döyüşçülərin ayrı-ayrılıqda hər
birinin vəziyyətini
soruşdu. Hər birinin
şücaətini ayrıca
dəyərləndirdi. Hamısına şəfa dilədi,
tezliklə sağalmalarını
arzuladı. Hamısına minnətdarlığını, təşəkkürünü bildirdi.
Dövlət başçısının bu
xeyirxahlığı həm
də milli-mənəvi
dəyərlərimizin bir
təntənəsi idi. Xəstəyə baş çəkmək,
onun halını xəbər almaq, həkimləri ilə söhbət edib vəziyyətinin necə olduğunu öyrənmək
əsl azərbaycanlıya
məxsus xüsusiyyətdir,
ən yaxşı adət-ənənələrimizdən biridir.
Bu da böyüklüyün,
vətənpərvərliyin, insansevərliyin daha bir parlaq nümunəsi!
Kim bilir, başqa bir dövlət başçısı bəlkə
də fikirləşərdi
ki, əsgərdir də, öz borcunu yerinə yetirib... Bizim Prezidentimiz isə torpağını müdafiə
edənlərə belə
deyir: “Sizə minnətdarlığımı bildirmək istəyirəm.
Vətən uğrunda, torpaq
uğrunda qəhrəmancasına
vuruşmusunuz. Vətəni, ərazi bütövlüyümüzü
qorumusunuz. Azərbaycan xalqı
sizinlə fəxr edir. Döyüşlərdə
yaralanmısınız, ancaq
qələbə qazanmısınız...
Azərbaycan Ordusu, Azərbaycan əsgəri,
zabiti böyük işlərə qadirdir, qəhrəmandır. Ərazi bütövlüyümüzün
bərpası hər bir Azərbaycan vətəndaşının müqəddəs
borcudur. Sizin kimi
övladlar Vətənin
şöhrətini ucaldıblar”.
Belə böyük qayğı, isti münasibət, layiqli dəyər əsgərin yarasına ən yaxşı məlhəmdir.
Çarpayıda uzanıb canı ağrıyan əsgərin
üzünün gülməsi,
eyninin açılması
bax, bu nəciblikdən
qaynaqlanır. Əməliyyat olunan, müalicəsi hələ davam edən, lakin yenidən Vətənin müdafiəsinə hazırlaşan
əsgərin: “Bizim torpaqlarımızın bir
qarışı da düşmən tapdağında
qalmamalıdır! Öldü var,
döndü yoxdur!” qətiyyəti də bir tərəfdən öz vətənpərvərliyindən
irəli gəlirsə,
digər tərəfdən
Prezidentinə, Ali Baş
Komandanına arxalanmasından,
onun güc və qüdrətinə inamından yaranır.
Və istər-istəməz
son günlərdə döyüş
meydanında yoldaşları,
komandirləri tərəfindən
atılıb qalan hörmətsiz-urvatsız erməni
yaralıları yada düşür. Çirkin əməllərlə qədəm basdıqları
torpaqda ucuz ölümə məhkum olurlar. Bəlkə bu da həyatın bir qanunauyğunluğudur.
Erməni
əsgərinin başını
aldadıb onu işğalçıya, cinayətkara
çevirən Ermənistan
rəhbərliyi onun heç meyitinə də yiyə durmur...
Azərbaycan əsgərinin əməli
saf, işi haqq olduğu kimi, ölümü də şərəflidir. Bu günlərdə şəhidlik
zirvəsinə yüksəlmiş
oğullarımızın hər
biri son mənzilə göstərdiyi igidliyə
layiq - şərəflə,
şan-şöhrətlə yola salındı. Müsəlman adət-ənənəsi
ilə, hərbi hörmət-ehtiramla, xalqın
sevgi-rəğbəti ilə...
Azərbaycan Prezidenti bu ağrılı-qürurlu
günlərdə şəhidlərin
doğmalarını da
unutmadı. Dərhal şəhid ailələrinin
üzvləri ilə,
yaralıların doğmaları
ilə də görüşdü. Əzizini
itirənlərə başsağlığı,
təsəlli, yaxın
adamı yaralananlara ürək-dirək verdi. Bir sözlə, həmişəki
kimi yenə də xalqla, insanlarla birlikdə oldu. Hər bir Azərbaycan
vətəndaşının Prezidenti olduğunu bir daha təsdiqlədi.
...Bu görüşlərdən çəkilmiş
kadrların biri xüsusilə diqqəti cəlb edir: Prezident qucağına bir oğlan uşağı götürüb.
İtirdiklərimizin əvəzi böyüyür,
deməli. Yəqin ki,
bu körpə şəhidlərimizin hansınınsa
balası, yaxud doğmasıdır. Onu bağrına
basması Prezidentimizin
daha bir böyüklüyünü göstərir.
Bu nəcib hərəkət:
“Əzizlərini itirənlər
tək deyil” - deyir. Göstərir ki, onlar dövlətin, dövlət
başçısının köməyinə, qayğısına
arxalana bilərlər.
Azərbaycan Prezidenti və
xalqı həmişəki
kimi, yenə də birlikdədirlər.
Qələbəmiz də,
kədərimiz də,
sevincimiz də birdir!
Flora SADIQLI,
Azərbaycan.- 2016.- 8 aprel.- S.1.